Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya, Argentina və Qətərin Ankaradakı fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib. Görüşdə İtaliyanın səfiri Giuseppe Manzo, Argentinanın səfiri Pablo Jose Rodriguez Brizuela və Qətərin səfiri Faisal Abdullah H. A. Al-Hanzab Rəcəb Tayyib Ərdoğana etimadnamələrini təqdim ediblər.
Türk Dövlətləri
Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən "World Defense Show" (WDS) 2026 çərçivəsində Türkiyənin yerli istehsalı olan GÖKBEY ümumi təyinatlı helikopterinin xaricdə birgə istehsalı üçün ilk rəsmi addım atılıb. Türk Aviasiya və Kosmik Sənayesi (TUSAŞ) ilə Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi və Hərbi Sənaye Qurumu (GAMI) arasında strateji anlaşma memorandumu imzalanıb.
Türkmənistanın paytaxtı Aşqabadda Türkiyə Respublikasının ixrac məhsullarının 12-ci ixtisaslaşmış sərgisinin rəsmi açılış mərasimi keçirilib.Açılış mərasimində Türkiyənin ticarət naziri Ömər Bolatın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 10–12 fevral tarixlərini əhatə edən üçgünlük sərgi istehsalçılar, investorlar və dövlət qurumları arasında əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.
Türkiyədə Fetullahçı Terror Təşkilatının (FETÖ) cari maliyyə fəaliyyəti və qondarma “TSK gizli xidmətləri” strukturu ilə bağlı aparılan istintaq çərçivəsində 8 şübhəli saxlanılıb. Texniki və fiziki müşahidə, eləcə də rəqəmsal materialların təhlili nəticəsində aralarında daha əvvəl dövlət qulluğundan xaric edilmiş iki nəfərin də olduğu 8 şübhəli müəyyən edilib. İstintaq materiallarına görə, bu şəxslər əvvəl təşkilat üzvlüyü ittihamı ilə mühakimə olunsalar da, iddianamə tarixlərindən sonra da fəaliyyətlərini davam etdiriblər və cari şəbəkə daxilində yer alıblar.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, İstanbul mərkəzli 14 vilayətdə sosial media və anlıq mesajlaşma platformaları üzərindən narkotik ticarəti edənlərə qarşı keçirilən əməliyyatlarda 305 şübhəlinin yaxalandığını bildirib. İstanbul Polis İdarəsinin Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsi siber patrul qrupları ilə koordinasiyalı şəkildə apardığı 5 aylıq texniki və fiziki təqibdən sonra bu nəhəng əməliyyata imza atıb. İstanbul Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə narkotik ticarətini rəqəmsal platformalara daşıyan şəbəkələr tamamilə ifşa edilib.
Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirləri İsrailin İordan çayının qərb sahilindəki son addımları ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda İsrailin Fələstin rəhbərliyinin nəzarətindəki bölgələrdə "təftiş və nəzarət fəaliyyətlərini" artıran bir sıra qərarları təsdiqləməsi ən kəskin şəkildə pislənilib.
Türkiyə Milli Müdafiə Nazirliyi, NATO-nun bu il keçirilən ən genişmiqyaslı təlimi olan "Steadfast Dart-26"da iştirak edəcək quru qoşunları bölmələrinin Almaniyanın Emden limanına çatdırıldığını elan edib. Nazirliyin sosial media hesabında paylaşılan məlumata görə, bu strateji daşıma əməliyyatı Türkiyənin ən böyük hərbi gəmisi olan TCG Anadolu vasitəsilə uğurla həyata keçirilib.
Türkiyə Statistika Qurumu (TÜİK) "Ünvana Əsaslanan Əhali Qeydiyyat Sistemi 2025" nəticələrini açıqlayıb. Hesabata əsasən, Türkiyədə yaşayan əhalinin sayı 31 dekabr 2025-ci il tarixinə bir əvvəlki illə müqayisədə 427 min 224 nəfər artaraq 86 milyon 92 min 168 nəfərə çatıb. Statistik məlumatlar ölkədə kişi və qadın əhalisinin sayının demək olar ki, bərabər olduğunu göstərir. Ümumi əhalinin 43 milyon 59 min 434 nəfərini kişilər (50,02%), 43 milyon 32 min 734 nəfərini isə qadınlar (49,98%) təşkil edir.
Türk müdafiə sənayesinin ən mühüm layihələrindən sayılan KAAN qırıcı təyyarəsi və GÖKBEY helikopteri Səudiyyə Ərəbistanının diqqət mərkəzindədir. Masadakı ən maraqlı variantlardan biri hər iki platformanın Səudiyyə Ərəbistanında istehsalı üçün orada xüsusi istehsal xəttinin qurulmasıdır. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında son dövrlərdə sürətlənən hərbi əməkdaşlığın TUSAŞ-ın vasitəçiliyi ilə daha yüksək səviyyəyə qalxacağı gözlənilir.
Türkiyənin 24 vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı polis əməliyyatları nəticəsində külli miqdarda narkotik maddə aşkar olunub. Türkiyə Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabı vasitəsilə son 10 gündə həyata keçirilən bu tədbirlərin uğurla yekunlaşdığını bildirib. Narkotik cinayətkarlığına qarşı mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı ümumilikdə 1 ton 124 kiloqram narkotik maddə və 1 milyon 826 min ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. Əməliyyat tədbirləri nəticəsində narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən 144 nəfər saxlanılıb.
2026-ci ilin yanvar ayında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq, 8 milyon 480 min 7 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 1 milyard 342 milyon 366 min dollara bərabər olub.
Prezident Ərdoğan görüş zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəlmiş mühüm qərarların qəbul edildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, aparılan danışıqlar Türkiyə–İordaniya əlaqələrinin strateji xarakterini gücləndirəcək və regional məsələlərdə qarşılıqlı anlaşmaya töhfə verəcək.