Türk Dövlətləri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Ərhürman ilə görüşüb. Prezident Ərdoğan və ŞKTR lideri Ərhürman arasındakı qəbul İstanbulda, Dolmabağça sarayında baş tutub. Görüşdə iki ölkə arasındakı qardaşlıq münasibətləri, Kipr məsələsi və regional inkişaflar ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Daxili İşlər Nazirliyi Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra ictimaiyyəti yanıltmağa yönəlmiş paylaşımlar edən, təhdid və aksiya çağırışları edən 127 nəfərin saxlanıldığını elan edib. Nazirliyin açıqlamasında hadisələrlə bağlı həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində təxribat xarakterli 1115 internet ünvanına (URL) girişin məhdudlaşdırıldığı bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vyetnam Milli Assambleyasının sədri Tran Than Man və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin Dolmabahçe ofisində baş tutan qəbulda Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran da iştirak ediblər.

Türkiyənin Kahramanmaraş vilayətində baş verən məktəb hücumunda həyatını itirənlər son mənzilə yola salınıb. Onikişubat rayonunda yerləşən Ayser Çalık Ortaokulu məktəbində törədilən silahlı hücum nəticəsində ölən şagirdlərin cənazələri ailələrinə təhvil verilib.

Partiyanın Kütahya vilayət təşkilatı ləğv edilib və yeni rəhbər təyin olunub. Bu barədə açıqlama verən MHP sədr müavini Semih Yalçın bildirib ki, qərar partiya nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq qəbul edilib. Onun sözlərinə görə, MHP-nin Kütahya İl Təşkilatı nizamnamənin 52 və 54-cü maddələrinin verdiyi səlahiyyətlər əsasında, 34-cü maddəyə uyğun şəkildə ləğv olunub.

Ədliyyə naziri Akın Gürlək Şanlıurfa və Kahramanmaraşda baş vermiş məktəb hücumları ilə bağlı 95 nəfərin saxlanıldığını açıqlayıb. Qeyd olunub ki, istintaq çərçivəsində hadisə görüntülərini yayaraq ictimai panika yaradan, rəsmi məlumatları təhrif edən və cinayəti təşviq edən çoxsaylı sosial media hesabları müəyyən edilib.

14 yaşlı şagird İsa Aras Mersinlinin Ayser Çalık Orta Məktəbinə silahlı basqını nəticəsində bir müəllim və səkkiz şagird həyatını itirib, 20 şagird isə yaralanıb. Təhlükəsizlik qüvvələrinin araşdırması zamanı yeniyetmə qatilin sosial şəbəkə hesablarında 2014-cü ildə ABŞ-da altı nəfəri qətlə yetirən Elliot Roceri özünə "kumir" seçdiyi və onun fotosunu profil şəkli etdiyi məlum olub.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İstanbulda keçirilən “Parlamentlərarası İttifaqın (PAB) 152-ci Baş Assambleyasının Açılış Mərasimi”ndə çıxış edib. Çıxışı zamanı İsrailin beynəlxalq hüququ pozan hərəkətlərinə toxunan Kurtulmuş, bu ölkənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) üzvlüyünün dondurulması üçün çağırış edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Kanadanın Baş naziri Mark Karni arasında telefon danışığı baş tutub. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesabından verilən məlumata görə, liderlər Türkiyə və Kanada arasındakı ikitərəfli münasibətləri, həmçinin regional və qlobal əhəmiyyətli məsələləri ətraflı müzakirə ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edərək İsrailə kəskin tənqid edib. Prezident Ərdoğan bildirib ki, heç bir qüvvə Türkiyəni və onun prezidentini təhdid edə bilməz. "Mənim şəxsiyyətimə və ölkəmizə dil uzadan uşaq qatillərinə bir daha xatırladıram ki, Türkiyə sıradan bir dövlət deyil. Biz zalıma zalım, oğruya oğru, qatilə qatil deməyə və Qəzza uşaqlarının səsi olmağa davam edəcəyik."-deyə Ərdoğan çıxışında bildirib.