Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türk dünyasında rəqəmsal inteqrasiya güclənir

    23 İyun 2026 16:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk dünyasında rəqəmsal inteqrasiya güclənir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Türkiyədə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinin təsdiqi ilə bağlı qanun qüvvəyə minib. Bununla da Türkiyə saziş üzrə daxili təsdiq prosedurunu tamamlayan üçüncü ölkə olub.

    Məlumata görə, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında elektron ticarətin, rəqəmsal xidmətlərin və sərhədlərarası məlumat əsaslı iqtisadi fəaliyyətlərin inkişafına mane olan məhdudiyyətlərin aradan qaldırılması, bu fəaliyyətlərin asanlaşdırılması və vahid qaydalar çərçivəsində tənzimlənməsi nəzərdə tutulur.

    Türkiyə bu sənədi təsdiqləyən ölkələr sırasında Azərbaycan və Özbəkistandan sonra üçüncü yerə çıxıb. Qırğızıstan və Qazaxıstan da daxili təsdiq prosedurlarını başa çatdırdıqdan sonra saziş tam şəkildə qüvvəyə minəcək.

    Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat sahəsində inteqrasiya olunmuş və proqnozlaşdırıla bilən əməkdaşlıq mühitinin yaradılması hədəflənir. Bu məqsədlə elektron ticarət, rəqəmsal xidmətlər və məlumat mübadiləsinə əsaslanan iqtisadi fəaliyyətlər üzrə ortaq yanaşmaların tətbiqi planlaşdırılır.

    Sənədin əsas məqsədlərindən biri də Türk dünyasında ticarət və texnologiya sahəsində inteqrasiyanı gücləndirməkdir. Bu çərçivədə müəssisələrin rəqəmsal bazarlara çıxış imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqinin təşviq olunması və regionun rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur.

    Sazişdə rəqəmsal iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edən geniş müddəalar yer alıb. Buraya ödəniş və pul köçürmələrinə maneələrin yaradılmaması, kağızsız ticarət sisteminin inkişafı, elektron əməliyyatlar üzrə hüquqi çərçivənin formalaşdırılması, logistika xidmətlərinin təkmilləşdirilməsi, elektron hesab-faktura sistemlərinin tətbiqi, sürətli çatdırılma xidmətlərinin inkişafı, elektron ödəniş mexanizmlərinin genişləndirilməsi, milli təchizatçı məlumat bazalarının yaradılması və elektron imza sistemlərinin qarşılıqlı tanınması daxildir.

    Bundan əlavə, sənəddə kommersiya xarakterli elektron mesajların tənzimlənməsi, onlayn istehlakçıların hüquqlarının qorunması, şəxsi məlumatların mühafizəsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, maliyyə və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik üzrə birgə fəaliyyət və rəqabət siyasəti sahəsində koordinasiyanın artırılması ilə bağlı ətraflı müddəalar əks olunub.

    Qeyd olunur ki, saziş 2024-cü il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Toplantısı zamanı imzalanıb. Sənədin həyata keçirilməsi ilə türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsi, ortaq dəyərlər əsasında rəqəmsal ticarət qaydalarının formalaşdırılması və qlobal rəqəmsal iqtisadiyyat sahəsində yeni əməkdaşlıq modelinin ortaya çıxması üçün əlverişli şərait yaranacağı gözlənilir.

    Mütəxəssislərin fikrincə, sazişin qüvvəyə minməsi Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında rəqəmsal “İpək yolu”nun formalaşmasına, elektron ticarət dövriyyəsinin artmasına, rəqəmsal xidmətlərin genişlənməsinə və regionun qlobal iqtisadi sistemdə mövqeyinin daha da güclənməsinə töhfə verəcək.

    #Türk Dövlətləri Təşkilatı (TDT) #rəqəmsal iqtisadiyyat inteqrasiyası #Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi #Türkiyə–Azərbaycan–Özbəkistan əməkdaşlığı #Türk dünyasında iqtisadi inteqrasiya #elektron ticarət və rəqəmsal xidmətlər #sərhədlərarası rəqəmsal iqtisadi fəaliyyətlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

    14 Avqust 2026 12:09

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    23 İyul 2026 11:42

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib

    22 İyun 2026 13:49

    DVX rəisi TDT Vergi Administrasiyaları rəhbərlərinin ilk görüşündə iştirak edib

    16 İyun 2026 12:44

    TDT baş katibinin müavini Özbəkistanda yeni vəzifəyə təyin edildi

    30 May 2026 11:05

    TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır

    16 May 2026 10:31

    Prezident İlham Əliyevin türk birliyi ideyasına şəxsi sadiqliyi Türk Dövlətləri Təşkilatında gələcək konsolidasiya üçün möhkəm zəmin yaradır - Kubanıçbek Ömüralıyev

    15 May 2026 10:21

    Ərdoğanın islahatları sayəsində Türkiyə qlobal gücə çevrilib - Tokayev

    14 May 2026 15:47

    Orta Dəhlizin əhəmiyyəti hər keçən gün daha yaxşı anlaşılır - Ərdoğan

    14 May 2026 15:30

    Qazaxıstanda TDT dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək

    20 Aprel 2026 10:39

    TDT Antalyada xarici işlər nazirləri səviyyəsində toplanır

    18 Aprel 2026 11:41
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.