Bakı. AzerVoice:
Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmik stansiyadan qayıtması əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb.
AzerVoice xəbər verir ki, bu barədə SpaceX məlumat yayıb.
Məlumata əsasən, Dragon kapsulu 5 fevral tarixində Beynəlxalq Kosmik Stansiyadan ayrılacaq.
Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.
İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.