Bakı. AzerVoice:
Özbəkistan Çin şirkətləri ilə yeni investisiya layihələri həyata keçirəcək,
AzerVoice-nin məlumatına görə, bununla əlaqədar olaraq, Özbəkistanın “Uzçarmsanoat” assosiasiyasının nümayəndə heyəti Çin Beynəlxalq Ticarətin İnkişafı Palatasının Dunquan Şəhər Şurasının rəhbərliyi ilə görüş keçirib.
Görüşdə Özbəkistanda yaradılmış ixtisaslaşmış kiçik sənaye zonalarında Çin kapitalı əsasında investisiya layihələrinin həyata keçirilməsi məsələsi müzakirə olunub.
Görüşdə “Uzçarmsanoat” birliyinin nümayəndələri şirkət nümayəndələrinə son illər Özbəkistanda həyata keçirilən islahatlar, istehsal prosesləri, xarici investorlar üçün yaradılmış imkan və şərait, gömrük və vergi güzəştləri, maddi-texniki təminat barədə məlumat veriblər.