Bakı. AzerPress:
Ədən körfəzindəki türk əsgərlərinin xidmət müddəti uzadılıb.
AzerPress-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Ədən körfəzi, Somali ərazi suları və dəniz əraziləri, Ərəbistan dənizi və ona bitişik bölgələrdə xidmət müddətinin 10 fevral 2024-cü il tarixindən etibarən daha bir il uzadılması ilə bağlı Türkiyə prezidenti memorandumu, Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Qeyd edək ki, sözügedən memorandum 2008-ci ildə imzalanıb və birillik icazə müddəti indiyədək 13 dəfə uzadılıb.
Aytac Süleymanova
Twitter: a_alieva_