BAKI,VOA, Fərid Mikayılov
Türkiyə Dövlət Su İşləri (DSİ) Baş İdarəsi Adıyamanın kənd təsərrüfatı və su təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən "Adıyaman Göksu Araban Aksu Regulyatoru və Besni-Keysun-Kizilin Ana İletim Xətti"nin inşası üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tikinti işləri Gölbaşı/Adıyaman bölgəsində aparılacaq və onun müddəti başlama tarixindən 1095 təqvim günüdür.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 2 iyun 2026-ci il tarixinə qədər " Gaziantep Karayolu Üzeri. Erkenez Mah. Receptayyip Erdoğan Bul. No:157 Dulkadiroğlu/Kahramanmaraş " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir