Amerika Birləşmiş Ştatlarının Kosmik Agentliyi NASA tərəfindən dəstəklənən yeni bir araşdırma, kosmosa göndərilən insan qan hüceyrələrinin bioloji qocalmanı sürətləndirən dəyişikliklərə məruz qaldığını ortaya çıxarıb. Alimlər vurğulayıb ki, hüceyrələr Yerə qaytarıldıqda daha sağlam mühitdə müəyyən dərəcədə bərpa olunsa da, bütün zədələr tamamilə aradan qalxmayıb. Bu isə uzunmüddətli kosmik missiyalarda kosmonavtların sağlamlığının qorunması üçün yeni tədbirlərin görülməsini zəruri edir.
#NASA
Sənədə əsasən nəqliyyat nazirinə kosmik buraxılış və yenidən giriş lisenziyaları üçün ekoloji yoxlamaları sürətləndirmək və ya ləğv etmək tapşırılıb. Məqsəd 2030-cu ilə qədər yeni kosmik fəaliyyətlərin və buraxılış tezliyinin artırılması ilə ABŞ-ın kosmosdakı mövqeyini möhkəmləndirməkdir. Bəyanatda bildirilib ki, köhnəlmiş və məhdudlaşdırıcı qaydalar ləğv olunacaq, kommersiya lisenziyası və icazə prosesləri sadələşdiriləcək. Kosmos limanı layihələrinin qiymətləndirilməsi ticarət nazirinə həvalə ediləcək və bu proses Müdafiə, Nəqliyyat Departamentləri, eləcə də NASA ilə əlaqələndiriləcək.
“Politico” jurnalının əldə etdiyi sənədlərə görə, Nəqliyyat naziri və NASA-nın müvəqqəti direktoru Şon Daffi layihəni bu həftə ictimaiyyətə açıqlayacaq.
NASA Yerdən 40 işıq ili uzaqlıqda Yerə bənzər yeni planet kəşf edib.
Marsda 16 min kilometrə qədər uzanan qədim çay yataqları aşkar edilib.
Alimlərin sözlərinə görə, bu, Yerə yaxınlaşan ulduzlararası mənşəli üçüncü göy cismidir və digər ulduz sistemlərinin sirlərini anlamaq baxımından böyük əhəmiyyət daşıyır.
ABŞ prezidenti Donald Tramp administrasiyasının dövlət sektorunda ixtisar siyasəti çərçivəsində NASA-nın 2145 yüksək vəzifəli əməkdaşı işini tərk etməyə hazırlaşır.
NASA 2024 YR4 adlı asteroidin 2032-ci ildə Aya toqquşma ehtimalının 4,3 faizə yüksəldiyini açıqlayıb.