19 iyun 2026-cı il tarixində Qırğızıstan Respublikasında keçirilən Çingiz Aytmatov adına İssık-Kul Beynəlxalq Forumunun 40-cı Yubileyi öz işinə plenar iclaslarla davam edib. Forum çərçivəsində baş tutan plenar iclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova da çıxış edib.
#Aktotı Raimkulova
18 iyun 2026-cı il tarixində İssık-Kul gölünün sahilində keçirilən "Dünya sivilizasiyaların qovşağında: birlikdə gələcəyə" adlı İssık-Kul Beynəlxalq Forumunun tədbirlərinə start verilib. Tədbirin təntənəli açılışı Qırğız Respublikasının Prezidenti, Zati-aliləri cənab Sadır Japarovun iştirakı və salamlama nitqi ilə baş tutub. Forumun moderatoru qismində isə Qırğızıstan Respublikasının dövlət katibi Arslan Koyçiyev çıxış edir.
11 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi cənab Gürsel İsmayılzadə ilə görüşüb.
5 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın Prezidenti, Professor Aktotı Raimkulova ilə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero arasında rəsmi görüş keçirilib.
2 iyun 2026-cı il tarixində, Polşanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn Türk Mədəniyyəti və İrsi Mərkəzinin açılış mərasimi keçirilib.
1 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Professor Aktotı Raimkulova Parisə işgüzar səfəri çərçivəsində UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru, UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini vəzifəsini icra edən Lazare Eloundou Assomo ilə ikitərəfli rəsmi görüş keçirib.
22 may 2026-cı il tarixində Qazaxıstan Respublikasının Milli Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ərsəyə gətirilən Birinci Bakı Türkoloji Qurultayının 100 illik yubileyinə həsr olunmuş fundamental elmi nəşrlərin təntənəli təqdimat mərasimi keçirilib.
19 May 2026-cı il tarixində, UNESCO-nun himayəsi altında Astanada "Qızıl Orda Çöl Sivilizasiyasının Modeli Kimi: Tarix, Arxeologiya, Mədəniyyət və Kimlik" Beynəlxalq Simpoziumunun açılış mərasimi keçirilib. Simpozium çərçivəsində. Qızıl Orda tarixinə aid nadir arxeoloji artefaktları, əlyazmaları və beynəlxalq arxiv sənədlərini ilk dəfə vahid məkanda toplayan sərgi açılıb.
18 may 2026-cı il tarixində Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “İrsdən Dayanıqlılığa: Türk Evləri” adlı panel sessiyası təşkil olunub.
16 May, 2026-cı il tarixində Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi və Türk mədəniyyəti və irsinin səfiri, dünya şöhrətli “TURAN” etno-folklor ansamblı tərəfindən möhtəşəm mühazirə-konsert keçirilib. Konsert Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuşdur.
8 May 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Azərbaycan memarlıq irsinin dühası” kitabının və hədiyyə poçt markalarının təqdimat mərasimi keçirilib.
27 aprel 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın Qaziantep şəhərinə (Türkiyə) işgüzar səfəri çərçivəsində Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin ilə görüşüb. Tərəflər türk dünyasının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə ediblər.