Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Türk Mədəniyyəti və İrsi Fondu WUF13 Çərçivəsində Ənənəvi Türk Evlərinin Memarlıq İrsini Təqdim Edib

    19 May 2026 12:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyəti və İrsi Fondu WUF13 Çərçivəsində Ənənəvi Türk Evlərinin Memarlıq İrsini Təqdim Edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    18 may 2026-cı il tarixində Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “İrsdən Dayanıqlılığa: Türk Evləri” adlı panel sessiyası təşkil olunub.

    VOA xəbər verir ki,Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova açılış nitqində Bakıda belə nüfuzlu bir tədbirin keçirilməsinin vacibliyini xüsusi vurğulayaraq qeyd edib ki, bu Forum hökumətlər, alimlər, memarlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm qlobal platformadır. Aktotı Raimkulova bildirib ki, türk evləri sadəcə yaşayış məkanı deyil, həm də sosial harmoniya, təbiətə uyğunlaşma və icma əsaslı yaşam mədəniyyətinin təcəssümüdür. O qeyd edib ki, ənənəvi memarlıq irsinin qorunması davamlı inkişafın mühüm tərkib hissəsidir.

    Fondun prezidenti çıxışının sonunda belə mühüm beynəlxalq tədbir çərçivəsində paneli təşkil etmək imkanı yaratdıqlarına görə Azərbaycan Respublikası Hökumətinə, Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə, Dünya Şəhərsalma Forumunun təşkilatçılarına və bütün tərəfdaş qurumlara dərin təşəkkürünü bildirib.

    Paneldə ənənəvi türk evlərinin memarlıq kimliyinin qorunması, mədəni irs vasitəsilə şəhər dayanıqlılığının artırılması və tarixi şəhərlərdə davamlı bərpa təcrübələri geniş müzakirə olunub.

    Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksunun moderatorluğu ilə davam edən Sessiyada Memar Sənan Təsviri incəsənət Universitetinin Memarlıq fakültəsinin fəxri professoru Prof. Oğuz Ceylan, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Trabzon Böyükşəhər Bələdiyyə sədri Əhməd Metin Gənc və qazaxıstanlı arxeoloq Sauran Kaliyev öz ölkələrinin təcrübələrini bölüşüblər.

    Panelin yekununda türk dövlətləri arasında ortaq memarlıq irsinin qorunması və müasir şəhərsalma modellərinə inteqrasiyası istiqamətində daha güclü əməkdaşlıq şəbəkəsinin yaradılması hədəflənib.

    #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #WUF13
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

    19 Avqust 2026 16:25

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

    18 Avqust 2026 14:04

    Şövqi Mehdizadə Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə görüşüb

    28 İyul 2026 15:02

    Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib

    27 İyul 2026 16:09

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

    8 İyul 2026 16:46

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

    3 İyul 2026 15:56

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

    3 İyul 2026 12:25

    Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

    1 İyul 2026 13:56

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    30 İyun 2026 15:07

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

    29 İyun 2026 21:13
    XƏBƏR LENTİ

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Meksikalı qubernator ABŞ-nin kartel ittihamlarından sonra işinə qayıdıb

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    Kosmosda məlumat mərkəzləri quran “Starcloud”un dəyəri 2,3 milyard dollara çatıb

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.