22-23 yanvar 2026-cı il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın Özbəkistan Respublikasına ilk rəsmi səfəri baş tutub. Səfər Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası arasında güclü və uzunmüddətli tərəfdaşlığın başlanğıcını qoyan əlamətdar və tarixi bir hadisə kimi dəyərləndirilir. Bu, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Görüşündə Özbəkistan Respublikasının Fonda tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı mühüm qərara əsasən atılan addım olub.
#Aktotı Raimkulova
Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Prezidenti yanında Milli Elmlər Akademiyasının prezidenti cənab Kanatbek Abdrahmatov arasında görüş keçirilib. Görüşdə, həmçinin Ç.T. Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik cənab Abdıldajan Akmataliev, eləcə də İnstitutun baş elmi əməkdaşı, filologiya elmləri doktoru, manasşünas professor Jıldız Orozobekova iştirak ediblər.
21 yanvar 2026-cı il tarixində, Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi xanım Sabira Soltongeldiyeva arasında görüş keçirilib. Görüş zamanı tərəflər Fond və Milli Komissiya arasında Türk dünyasının mədəni irsinin qlobal səviyyədə qorunması, inkişafı və təbliği sahəsində, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vasitəsilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
21 yanvar 2026-cı il tarixində Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri cənab Mirbek Mambetaliyev arasında görüş keçirilib. Görüşdə nazir müavini Askaraly Madaminov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri cənab Nusubalı Yakupbekov da iştirak ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib. Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.
Dekabrın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında UNESCO-nun yubileylər proqramına daxil edilmiş Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasimi keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezienti Aktotı Raimkulova Türküstan şəhərində keçirilən və hüquqşünaslar, filosoflar, tarixçilər, hüquq ekspertləri, təhsil işçiləri və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla 300-dən çox iştirakçını bir araya gətirən «BÖYÜK ÇÖLÜN FƏLSƏFƏSİ VƏ HÜQUQ ƏNƏNƏSİ» başlıqlı BEYNƏLXALQ SİMPOZİUMUNDA çıxış edib. Simpozium elmi fikir mübadiləsi, müasir hüquq ənənəsinin təhlili və türk dünyasının ortaq hüquq-fəlsəfi mirasının müzakirəsi üçün mühüm platforma kimi dəyərləndirilib.
Türk Mədəniyyəti və İrsi Fondunun Mənzil qərargahında Təşkilatın prezidenti Aktotı Raimkulova və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri cənab Rüfət Mahmud arasında görüş keçirilib. Görüş zamanı tərəflər Türk dünyasının mədəni irsinin qorunması, idarə olunması və təbliği sahəsində mövcud tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə “İçərişəhər”in zəngin tarixi irsi, UNESCO Dünya İrsi Siyahısında yer alması və bu irsin daha geniş beynəlxalq auditoriyaya çatdırılması üçün həyata keçirilə biləcək birgə layihələr diqqət mərkəzində olub.
9 dekabr, 2025-ci il tarixində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək Təşkilatın Prezidenti Aktotı Raimkulova ilə görüşüb. Ziyarət çərçivəsində ICESCO nümayəndə heyətinə Fondun mədəni irsin tədqiqi, qorunması və təbliği istiqamətində həyata keçirdiyi layihələr təqdim edilib, elmi əməkdaşlığın genişləndirilməsi və institusional tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində vacib məsələlər müzakirə olunub.
4 dekabr, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Qazaxıstan Respublikasının Elm Və Ali Təhsil Naziri Sayasət Nurbek arasında görüş keçirilib.
28 noyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Yermek Koşerbayev arasında görüş baş tutub.
Tərəflər türk ölkələri arasında mədəniyyət və irs sahəsində əməkdaşlığı tənzimləyəcək normativ-hüquqi bazanın hazırlanması barədə razılığa gəlib, həmçinin 2026-cı ildə keçiriləcək mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş Beynəlxalq Konfrans çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.