Yəmən Prezident Rəhbərlik Şurasının (PRŞ) sədri Dr. Rəşad əl-Alimi bazar günü bildirib ki, Yəmən dövləti təsisatlarının bərpası və silahlı çevrilişlərin sona çatdırılması istiqamətində yeni və həlledici mərhələyə qədəm qoyub. O əlavə edib ki, Hədrəmut və əl-Mahra vilayətlərindəki hərbi düşərgələrin qanuni hakimiyyətə təhvil verilməsi prosesi silah üzərində dövlət monopoliyasının bərqərar edilməsi istiqamətində atılmış bir addımdır.
#Yəmən sülh danışıqları 2025
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Yəmənin cənubundakı siyasi və hərbi fraksiyaları “cənub məsələsinə ədalətli həll yollarını müzakirə etmək” məqsədilə Ər-Riyadda dialoqa dəvət edib. Nazirliyin yaydığı bəyanatda bildirilib ki, Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək konfrans Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əliminin müraciəti əsasında təşkil olunur. Bəyanatda Krallıq bütün tərəfləri “cənub əhalisinin istək və gözləntilərini qarşılayacaq hərtərəfli baxışın formalaşdırılması” üçün danışıqlarda iştirak etməyə çağırıb.
Ədəndəki beynəlxalq səviyyədə tanınan hökumət dövlət institutlarını bərpa edə bilmir, Sənanı nəzarətdə saxlayan husilər isə idarə etdikləri ərazilərdə sabitlik yarada bilmirlər. İsrailin son hava hücumlarında husilərin rəhbərləri hədəfə alındıqdan sonra, Sənada yeni hökumət formalaşdırılıb. Ədəndə isə Prezidentlik Şurası daxilində fikir ayrılıqları dərinləşib və bu, hökumətin fəaliyyətini zəiflədib.
İranın dəstəklədiyi Yəməndəki husilər, İsrailin paytaxt Səna şəhərindəki elektrik stansiyası və yaşayış məhəllələrinə hava hücumları nəticəsində 9 nəfərin həlak olduğunu, 174 nəfərin isə yaralandığını bildiriblər.Husilərin nəzarətində olan SABA xəbər agentliyində yer alan xəbərə görə, dünən İsrail ordusunun Sənaya yenidən hava hücumları təşkil etdiyi bildirilib. Husilərə bağlı Əl-Məsirə televiziya kanalının xəbərində "İsrailin Sənaya yönəlmiş hava hücumlarında Zahban elektrik stansiyası və yaşayış məhəllələri hədəf alınıb." - deyə qeyd edilib.
İsrailin təcili yardım xidməti olan Qızıl Davud Yıldızından verilən açıqlamaya görə, Yemen'dən atılan partlayıcı yüklü insansız hava vasitəsinin (İHA) İsrailin ən cənubundakı Eylat şəhərini vurması nəticəsində yaralananların sayı artıb. Açıqlamada, hadisə nəticəsində 2-si ağır olmaqla 1-i orta və 17-si yüngül olmaqla, ümumilikdə 20 nəfərin şarapnel yarası aldığı bildirilib. Yaralılar, müalicə üçün Yoseftal Xəstəxanasına aparılıb.
İsrail ordusunun Yəmənin paytaxtı Səna və Cövf şəhərlərinə endirdiyi hava hücumlarında həlak olanların sayı 46 nəfərə yüksəlib. Husilərin nəzarətində olan rəsmi SABA xəbər agentliyinin məlumatına görə, 10 sentyabrda İsrail ordusu tərəfindən həyata keçirilən hücumlarla bağlı ölən və yaralananların sayı yenilənib. İsrailin Yəməndəki hücumlarında 35 nəfər həlak olub, 131 nəfər yaralanıb.
İsrailin Dohaya hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının sentyabrın 10-da baş tutmalı olan fövqəladə iclası sabah keçiriləcək. İclasın təxirə salınmasına səbəb Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl-Taninin iclasda iştirak edə bilməsi ilə bağlı daxil olmuş müraciətlə əlaqədardır.
İsrailin Səna və Yəmənin paytaxtı Cavf şəhərlərinə endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər ölüb, 118 nəfər yaralanıb. Paytaxt Sanada Müdafiə Nazirliyinin qərargahının vurulduğu bildirilir. İsrail ordusu hücumu təsdiqləyib. Yəmənin "Əl-Məsira" televiziya kanalının xəbərində husilərə bağlı silahlı qüvvələrin Sənaya hücum edən İsrail təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemləri ilə mübarizə apardığı bildirilib.
Yəməndəki husilər İsrailin Səna şəhərinə endirdiyi hücumların böyük bir hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edildiyini, lakin mülki şəxslər arasında ölən və yaralananların olduğunu açıqlayıblar. Husilərin nəzarətində olan SABA xəbər agentliyi, Husilərin Hərbi sözçüsü Yəhya Sərinin mövzu ilə bağlı açıqlamasını yayımlayıb. Səri bildirib ki, İsrailin hücumlarına qarşı yer-hava tipli raketlərlə cavab verilib və bu müdafiədən sonra bəzi döyüş təyyarələri hədəfə çatmadan bölgəni tərk etmək məcburiyyətində qalıb.
İsrailin müdafiə naziri İsrail Kats Yəməndəki husilərə qarşı sərt bəyanatla çıxış edib. O, husilərin İsrailə qarşı raket hücumlarını intensivləşdirməsindən sonra onları Tövratda qeyd olunan “Misir bəlaları” nı yaşadacaqlarını qeyd edib. “Husilər İsrailə yenidən raket atır. Qaranlıq bəlası, ilk doğulanların bəlası — biz bütün 10 bəlanı tamamlayacağıq.”- Kats “X” sosial şəbəkəsində yazıb. Nazirin işarə etdiyi 10 bəla, Tövratın “Çıxış” kitabında təsvir olunan və İsrail oğullarının azad olunması üçün Misir fironuna göndərilən fəlakətləri əhatə edir.
Məqalə, Həsən Nəsrullahın ölümündən sonra İranın və onun regional müttəfiqlərinin qarşılaşdığı liderlik boşluğuna və Xameneinin ABŞ və İsrailə qarşı çıxışlarının, müttəfiqləri arasında yaratdığı narazılığa diqqət çəkir.