#Səudiyyə iqtisadiyyatı

Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Yardım Mərkəzi (KSrelief) tərəfindən göndərilən yeni humanitar yardım karvanı cümə günü Rafah sərhəd-keçid məntəqəsindən keçərək Qəzzaya daxil olub. Karvan davam edən böhrandan zərər çəkmiş fələstinlilər üçün əsas ərzaq səbətləri daşıyır və bu yardım Səudiyyə Ərəbistanının Fələstin xalqına dəstək məqsədilə keçirdiyi ianə kampaniyası çərçivəsində həyata keçirilir.

Ərəbistan yarımadası çox vaxt sonsuz səhralar və quraqlıqla tanınsa da, müasir araşdırmalar göstərir ki, bu mənzərə tarixi dövrlər ərzində dəyişkən olub. Buzlaşma və Holosen dövrlərində bölgə göllər, mövsümi çaylar və yaşıllıqlarla zəngin oazislərə çevrilib, bu da insanın ilkin məskunlaşması və həyat tərzinin formalaşmasına təsir göstərib. Yeni elmi kəşf bu nəzəriyyələri bir daha təsdiqləyib. Səudiyyə Ərəbistanında dəvələri, ceyranları və digər heyvanları natural ölçüdə təsvir edən qayaüstü rəsmlər aşkar edilib. Bu təsvirlərin yaşı 12 800 ilə 11 400 il əvvələ gedib çıxır.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, 1 oktyabr 2025-ci il tarixində Səudiyyə Ərəbistanına səfər edəcək. nazir Fidan, El-Ula şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Nazir Hakan Fidanın səfəri çərçivəsində konfrans iştirakçıları ilə ikitərəfli görüşlər keçirməsi, regional və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparması da planlaşdırılır. Qeyd edək ki, El-Ula şəhəri, Səudiyyə Ərəbistanının tarixi və mədəni baxımdan əhəmiyyətli bölgələrindən biri olmaqla yanaşı, son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm mərkəzə çevrilib. Konfransda regional əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və Yaxın Şərqdəki siyasi proseslərin müzakirə olunacağı gözlənilir

Səudiyyə Ərəbistanı ilə Çin arasında iqtisadi əməkdaşlığı gücləndirəcək yeni addım atılıb. Pekində keçirilən Səudiyyə-Çin Biznes Forumunda ümumi dəyəri 1,74 milyard dollardan çox olan 42 investisiya razılaşması imzalanıb. Sazişlər qabaqcıl sənaye, ağıllı nəqliyyat vasitələri, enerji həlləri, tibbi avadanlıqlar və faydalı qazıntılar kimi sahələri əhatə edir.