Ukrayna lideri görüş üçün məkan kimi bir neçə ölkəni nəzərdən keçirdiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə bu baxımdan əsas variantlardan biridir. Eyni zamanda İsveçrə və Avstriya da görüşün keçirilə biləcəyi ölkələr sırasında göstərilib.
#Türkiyə
Dünya Müsəlman Alimləri Birliyi və Türkiyə İslam Alimləri Vəqfinin birgə təşkil etdiyi "İslami və Humanitar Məsuliyyət: Qəzza" konfransı avqustun 22-i cümə günü İstanbulda başlayacaq.
Adananın Seyhan rayonunda yerləşən 5 Ocak Dövlət Xəstəxanası 45 növ tibbi, laboratoriya və biomedikal ləvazimatların alışı üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 10 gün ərzində təhvil alınacaq.
Hadisə günorta saatlarında Yatağanın Gökbel məhəlləsində qırmızı şam ağacları ilə örtülmüş meşəlik ərazidə baş verib. Sakinlərin tüstünü görərək məlumat verməsindən sonra Muğla Meşə Region Müdirliyinin yanğınsöndürən qrupları əraziyə cəlb olunub. Təcili müdaxilə nəticəsində yanğın təxminən bir saat ərzində nəzarət altına alınıb. İlkin hesablamalara görə, 1 hektar meşə sahəsi ziyan görüb. Qeyd edək ki, Muğla Türkiyədə meşə yanğınlarının tez-tez qeydə alındığı bölgələrdən biridir.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər qanunsuz mərc və qumar oyunları təşkil edərək bu fəaliyyətlərə dair internet saytlarında pul köçürmələrinə vasitəçilik edib, həmin saytların reklamını aparıblar. İstintaq materiallarına əsasən, bəzi şəxslərin vətəndaşların mobil bank xidmətlərinə müdaxilə edərək qanunsuz qazanc əldə etdiyi müəyyən olunub. Əməliyyat nəticəsində çoxlu sayda rəqəmsal material da ələ keçirilib.
Yaponiyanın müdafiə naziri Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Baykar şirkətində olub. Baykarın sosial media hesabında yayılan açıqlamada “Yaponiyanın müdafiə naziri cənab Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Özdemir Bayraktar Milli Texnologiya Mərkəzimizi ziyarət etdi. Onları qonaq etməkdən məmnun olduq” - deyə bildirilib. Səfər zamanı Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və şirkətin baş direktoru Haluk Bayraktar qonaqlara şirkətin fəaliyyəti barədə məlumat təqdim ediblər. Görüşdə Prezident Müdafiə Sənayesi Müdiri Haluk Görgün də iştirak edib.
Mərmərə dənizində 3,2 bal gücündə zəlzələ baş verib. Məlumata görə, zəlzələ yerli vaxtla saat 19:57-də (Bakı vaxtı ilə saat 20:57-də) baş verib. Zəlzələ Türkiyənin İstanbul və digər vilayətlərində hiss olunub. Kandilli rəsədxanasının məlumatına görə, yeraltı təkanlar 8,8 kilometr dərinlikdə yerləşib.
Suriyanın bəzi kənd təsərrüfatı məhsulları və toyuq əti idxalına tətbiq etdiyi məhdudiyyət bütün ölkələrə şamil olunan müvəqqəti tədbirdir. Bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriya Quru və Dəniz Limanları İdarəsinin 27 iyul 2025-ci il tarixli qərarına əsasən, yalnız 2025-ci ilin avqust ayı ərzində müəyyən kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar, kartof, balqabaq, badımcan, bibər, alma, üzüm, şaftalı, albalı, armud, qarpız, yemiş, əncir, quru əncir, sarımsaq, yumurta) və toyuq ətinin idxalına məhdudiyyət qoyulub.
Türkiyə, prezident Bəşşar Əsədin devrilməsindən sonra Şamda səfirliyini yenidən açan ilk ölkə oldu. 15 dekabrda səfirliyin fəaliyyətə başlamasının ardından qarşılıqlı diplomatik səfərlər və danışıqlar intensivləşib. Hazırda Ankara, Suriya Dövlət Başçısı Əhməd əş-Şəraanın ən böyük tərəfdarları arasında göstərilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon danışığında ikitərəfli münasibətlər də diqqət mərkəzində olub. Tərəflər Rusiya və Türkiyə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
NATO Türkiyə ilə bağlı rəsmi açıqlama yayıb. NATO-nun baş katibi Mark Rutte 2026-cı il Liderlər Zirvəsinin 7-8 iyul tarixlərində Türkiyənin Ankarasındakı Beştəpə Kompleksində keçiriləcəyini rəsmən elan edib. Rutte açıqlamasında Türkiyəyə təşəkkür edərək, ölkənin 70 ildən artıqdır ki, ortaq təhlükəsizliyə əvəzsiz töhfələr verdiyini vurğulayıb.
Porto rəhbərliyi Qalatasarayın təklifini oyunçunun real dəyərindən çox aşağı hesab edərək danışıqlar aparmaqdan imtina edib. Yeni baş məşqçi Françesko Fariolinin komandasında əsas fiqur olan Kostanın satılması gündəmdə deyil.