Yaponiya mətbuatının məlumatına görə, bu, Tokiodan olan müdafiə nazirinin Türkiyəyə ilk rəsmi səfəri olub. Görüş zamanı tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək və yüksək vəzifəli şəxslər arasında müntəzəm məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. Rəsmi açıqlamalarda birbaşa qeyd edilməsə də, Japan Times qəzeti Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) gündəmin əsas mövzusu olduğunu bildirib. Nakatani səfəri çərçivəsində Türk Aerokosmik Sənayesi (TAI) şirkətini ziyarət edib. Onun bugün də Istanbulda Baykar obyektlərinə və digər müdafiə şirkətlərinə baş çəkəcəyi gözlənilir.
#Türkiyə
Türkiyə təmsilçisi Fənərbağça, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın Benfika klubu ilə qarşılaşacaq. Komandalar sonuncu dəfə 2018-ci ildə qarşı-qarşıya gəliblər. İki oyunun nəticəsinə görə 2-1 hesabı ilə qalib gələn Benfika növbəti mərhələyə keçmişdi.
Samsun Şəhər Xəstəxanası tərəfindən 15 növ cərrahi alətin satın alınması ilə bağlı tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Alətlər tenderin nəticələri açıqlandıqdan sonra 6 ay ərzində hissə-hissə təhvil alınacaq.
Türkiyənin Balıkəsir şəhərində 3,7 bal gücündə zəlzələ qeydə alınıb Kandilli Rəsədxanasının məlumatına görə, Balıkəsirin Sındırgı bölgəsində bu səhər saat 09:32-də 3,7 bal gücündə yeraltı təkanlar hiss edilib. Zəlzələnin dərinliyi 8,6 km olaraq qeydə alınıb. Qeyd edək ki, hələ zəlzələ nəticəsində xəsarət və ya dağıntı barədə məlumat verilməyib.
Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya, 21 şəhərdə qanunsuz mərc fəaliyyətlərinə qarşı aparılan əməliyyatlarda 43 şübhəlinin yaxalandığını açıqlayıb. İlkin araşdırmalara əsasən, saxlanılan şəxslərin internet saytları vasitəsilə qanunsuz mərc oyunları təşkil etdiyi, qeyri-qanuni pul köçürmələrinə vasitəçilik etdiyi məlum olub.
Hakkarinin Yüksekova rayonunun Dağlıca kəndi yaxınlığında, qadağan olunmuş ərazidə başlayan meşə yanğını iki gündür alovlanır. Alovun səbəbi hələ müəyyən edilməyib. Yanğın Dağlıca, Dilekli və Dibecik kəndləri arasında yerləşən meşəlik ərazidə güclü küləyin təsiri ilə sürətlə yayılıb. Söndürmə işlərinə yanğınsöndürən briqadalarla yanaşı hərbi helikopterlər də cəlb olunub. Qeyd edək ki, bölgədə havanın küləkli keçməsi yanğınsöndürmə işlərini çətinləşdirir.
NATO Baş katibi Mark Rütte, ABŞ prezidenti və Avropa İttifaqı liderləri ilə keçirilən sammitdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.Məlumata görə, söhbət zamanı Ukrayna ilə Rusiya arasındakı sülh prosesində son vəziyyət müzakirə olunub. Ərdoğan və Rütte həmçinin Qara dənizin təhlükəsizliyi məsələsinə toxunublar.
İyul ayında Türkiyədə ümumi neft hasilatı 4 milyon barel, təbii qaz hasilatı isə 288 milyon kubmetr təşkil edib. Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, həm neft, həm də qaz hasilatı fasiləsiz davam etdirilir. Bu dövrdə neft ekvivalenti ilə birlikdə ümumi hasilat 5,7 milyon barelə çatıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən iclasın nəticələri müzakirə edilib.
Türkiyənin Bursa vilayətinin Nilüfər rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb. Günorta saatlarında başlayan və qısa müddətdə genişlənən yanğına Bursa Meşə Regional İdarəsinə məxsus yanğınsöndürmə maşınları, xüsusi briqadalar və helikopterlər vasitəsilə havadan müdaxilə olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya Humanitar Günü” münasibətilə etdiyi paylaşımda Türkiyənin Qəzzaya 101 min tondan çox humanitar yardım göndərdiyini və UNRWA-ya verdiyi dəstəyin 40 milyon dolları keçdiyini bildirib. Ərdoğan vurğulayıb ki, humanitar yardım siyasətdən üstün vicdan işidir və Türkiyə milli məhsuluna görə dünyada ən səxavətli ölkələrdən biridir. O, həmçinin qeyd edib ki, ölkə köməyə ehtiyacı olan hər kəsə – məzlum, yetim, köməksiz və möhtaca – ayrım etmədən yardım əlini uzadır.
Fidan Böyük Britaniyanın xarici işlər naziri David Lammy və Almaniyanın xarici işlər naziri İohann Vadephul ilə telefon danışığı apararaq regional və beynəlxalq mövzuları müzakirə edib. Görüşlər zamanı tərəflər diplomatik əlaqələrin gücləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qeyd edək ki, bu danışıq Fidanın xarici siyasət çərçivəsində Avropa tərəfdaşları ilə davamlı əlaqələrin qorunmasına yönəlmiş addımlarından biridir.