#Türkiyə

Yanğın dünən yerli vaxtla saat 15:00 radələrində Antakya rayonunda yerləşən Həbib-i Neccar dağında başlayıb. Ərazidən tüstü qalxdığını görən sakinlərin xəbərdarlığı ilə Meşə Təsərrüfatı Regional Müdirliyinin yanğınsöndürmə qrupları dərhal hadisə yerinə sövq edilib. Hava şəraitinin qaralması səbəbindən hava dəstəyi axşam saatlarında dayandırılsa da, yerüstü yanğınsöndürmə əməliyyatları gecə boyu davam edib.

Türkiyənin Ədirnə vilayətində ölkədən qaçmağa cəhd edən 4 FETÖ üzvü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbs edilib.Ədirnə İl Jandarma Komandanlığı qrupları tərəfindən aparılan əməliyyat nəticəsində FETÖ üzvləri olduğu müəyyən edilən S.S.Y., H.B., S.Y. və H.S.E. adlı şəxslər Uzunköprü rayonunun Balaban kəndində ölkədən qaçmağa hazırlaşarkən yaxalanıb. İstintaq prosesindən sonra şübhəlilər Uzunköprü Ədliyyəsinə sövq edilib və hakim qərarı ilə həbs olunub.

Türkiyənin Balıkesir vilayətində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. u barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyənin Hatay vilayətində meşə yanğını qeydə alınıb. Yanğın Hatayın Antakya rayonunda Həbib-i Nəccar dağının ətəklərində yerləşən meşəlik ərazidə baş verib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesabından verilən açıqlamaya əsasən, görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Pakistanda baş verən sel və torpaq sürüşmələri nəticəsində yaranan itkilərə görə Şərifə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib. O, Türkiyənin qardaş Pakistan xalqının yanında olduğunu, yardım səylərini davam etdirdiyini və daha hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasına görə, Görüşdə ikitərəfli münasibətlər, Ukrayna-Rusiya sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Alyaska və Vaşinqtonda keçirilən sülh danışıqlarını yaxından izlədiklərini, Türkiyənin müharibəni ədalətli sülhlə bitirmək üçün səylərini davam etdirdiyini və Ukraynanın təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu bildirib. O, Ukrayna-Rusiya danışıqlarının gücləndirilməsinin vacibliyini vurğulayaraq, Türkiyənin yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni edəcəyini qeyd edib. Ərdoğan həmçinin Zelenskini Ukraynanın müstəqillik günü münasibətilə təbrik edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə Polad Günbəzin təslimatı ilə yanaşı, ASELSAN-ın istehsal gücünü 40% artıracaq 14 yeni obyektin açılışı keçirilib. Ankaranın Oğulbey Texnologiya Bazasının təməlqoyma mərasimi də həmin tarixi gündə reallaşdırılıb. Təslimatın ümumi dəyəri 460 milyon dolları keçib. X platformasında yayılan məlumatlar, Polad Günbəzin Türkiyənin müdafiə qabiliyyətini yeni səviyyəyə qaldırdığını vurğulayır. Mərasim Bayraktar Akıncı PUA-ya inteqrasiya edilmiş ASELFLİR-600 Milli Kamera Sistemi ilə real vaxtda çəkilib.

İstanbul Respublika Prokurorluğunun apardığı araşdırma çərçivəsində, İŞİD-in fəaliyyətlərinin aşkarlanması və qarşısının alınması məqsədilə əməliyyat keçirilib. Əməliyyatda İnterpolun qırmızı bülletenlə axtardığı və “xarici terrorçu döyüşçü” kimi qiymətləndirilən şəxslər də daxil olmaqla 9 şübhəli saxlanılıb. X platformasında yayılan məlumatlar, əməliyyatın Türkiyənin terrorla mübarizədə qətiyyətli addımlarını göstərdiyini vurğulayır. Qeyd edək ki, saxlanılan şəxslər arasında İŞİD-ə üzv olmaq, təşkilatın təbliğatını aparmaq və potensial hücumlar planlaşdırmaqda şübhəli bilinənlər var. Qalan 6 şübhəlinin saxlanılması üçün işlər davam etdirilir.

Türkiyə 2025-cü ilin iyul ayında Fransaya avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48 faiz artaraq, 427 milyon 380 min 81 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Fransaya avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 milyard 697 milyon 459 min 23 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.

İsrail gec-tez ədalət qarşısında cavab verəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma və Sahil Təhlükəsizlik Akademiyasının Məzuniyyət mərasimində çıxış edərkən deyib. "Bu gün, xüsusilə Qəzzada baş verən hadisələr hər birimizi dərindən kədərləndirir. Məzlum bir xalqın beynəlxalq ictimaiyyətin gözü qarşısında soyqırıma məruz qalması insanlıq üçün ağır bir faciədir. Sionist cinayət şəbəkəsinin (İsrail - red.) davam edən hücumları isə ictimaiyyətdə qəzəb doğurur. Gücə arxalanaraq zorakılıq törədənlər mütləq məğlub olacaq və gec-tez ədalət qarşısında cavab verəcək" - deyə, Ərdoğan bildirib.