#Türkiyə

Kırıkkale Gənclik və İdman İdarəsi 229 növ idman ləvazimatı və avadanlıqlarının satın alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 1 ay ərzində təhvil alınacaq.

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq dəyişərək, 2 milyard 16 milyon 639 min dollara bərabər olub. “Bu ilin sentyabr ayında Türkiyə 263 milyon 750 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 2 milyard 797 milyon 852 min dollar məbləğində xalça ixrac edib.

Qəzzada uşaqlar aclıqdan ölərkən, beynəlxalq sularda yardım daşıyan mülki gəmilərə hücum İsrail hökumətinin insanlıq cinayətlərini gizlətmək üçün hansı vəhşət içində olduğunu göstərir. Ərdoğan əlavə edib ki, Türkiyə donanmadakı bütün iştirakçıların yanındadır və onların təhlükəsizliyi üçün bütün tədbirlər görülür. Çıxışında partiyasının fəaliyyət yoluna da toxunan Ərdoğan, AK Partiyanın 2001-ci ildə yaradıldığını, amma köklərinin Malazgird, Söğüt, Çanaqqala kimi tarixi məkanlara dayandığını xatırladıb.

Türkiyənin Tekirdağ şəhərinin Marmaraereğlisi rayonunda 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) mənbələri bildirib ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya Müvəqqəti Hökumətinə inteqrasiyası ilə bağlı proses nazirlik tərəfindən diqqət və həssaslıqla izlənilir. Aktürk bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSK) NATO, BMT və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində bir çox bölgədə uğurla fəaliyyət göstərir.

İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyat nəticəsində 13 nəfər saxlanılıb. Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində 15 şübhəlinin terror təşkilatı ilə əlaqəli olduqları və xarici münaqişə bölgələri ilə irtibatlarının olduğu müəyyən edilib.

Adıyaman Təhsil və Araşdırma Xəstəxanası 10 çeşid tibbi sərf materialı alınacaq. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Materiallar tenderin nəticələri açıqlandıqdan sonra 6 ay ərzində təhvil alınacaq. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.

Bilecik Ailə və Sosial Xidmətlər İdarəsi, bağlı qurumların 2026-cı il ərzində yeməklə təminatı üçün yeni tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bu çərçivədə Bilecik Qocalar Evi üçün 201 min, Bilecik Uşaq Evləri üçün 90 min, Bozüyük Uşaq Evləri üçün isə 105 mindən artıq porsiya yemək hazırlanacaq.

Ədliyyə Nazirliyi tərəfindən Ağrı şəhərində yeni Ədliyyə Kompleksi inşası üçün tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 750 gün təşkil edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar.