#Türkiyə

Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türkiyə və Azərbaycanla əlaqələrinin gündən-günə daha da inkişaf etdiyini bildirib. Tatar bu fikirləri 6–7 oktyabrda Azərbaycanın Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvəsi ərəfəsində jurnalistlərə verdiyi açıqlamada səsləndirib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 7-də Azərbaycanda işgüzar səfərdə olacaq. Məlumata əsasən, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində iştirak edəcək. Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir. "Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - deyə qeyd olunub.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkə üzrə kiber cinayətlərə qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 567 nəfərin saxlanıldığını, onlardan 209 nəfərin məhkəmə qərarı ilə həbs edildiyini bildirib. Nazir sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, 37 vilayətdə həyata keçirilən əməliyyatlar “onlayn uşaq müstəhcənliyi və təcavüzü”, “müxtəlif növ dələduzluq” və “qanunsuz mərc oyunları” kimi cinayətləri əhatə edib.

Zonquldak Ailə və Sosial Xidmətlər İdarəsi, 2026-cı il ərzində tabeliyindəki qurumlar üçün yeməyin hazırlanması, daşınması və servis xidmətlərinin satın alınmasına dair tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşə 1 yanvar 2026-cı il tarixində başlanacaq və 31 dekabr 2026-cı il tarixində bitəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanbeylidə keçirilən toplu açılış və təməlqoyma mərasimində çıxış edərək Qəzzədə davam edən humanitar böhrana diqqət çəkib. Ərdoğan bildirib ki, iki ildən bəri bölgədə yaşanan “soyqırımın” dayandırılması üçün Türkiyə humanitar yardımdan diplomatik kanallara qədər bütün imkanlarını səfərbər edib

Türk müdafiə sənayesinin uğurlu məhsullarından olan Ejder Yalçın 4x4 taktiki zirehli maşını, NATO çərçivəsində Macarıstanda keçirilən Adaptive Hussars 2025 (ADHU 25) hərbi təlimində sahəyə çıxarıldı. Macarıstan Silahlı Qüvvələrinin ev sahibliyi etdiyi və ölkə tarixinin ən böyük hərbi təlimlərindən biri hesab edilən tədbirdə 22 minə yaxın hərbi personal iştirak edib.

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev 6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının dövlət başçıları şurasının XII sammitində iştirak üçün Azərbaycana rəsmi səfər edəcək. Qeyd edək ki, "Regional sülh və təhlükəsizlik" mövzusunda TDT zirvə toplantısı 6-7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək. Bu ilin oktyabr ayında TDT sədrliyi Qırğızıstandan Azərbaycana keçəcək. Xatırladaq ki, TDT – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən, türk dövlətlərinin əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türk dilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir.

Uzun müddətdən sonra bu mövzularda Türkiyə ilə fikir mübadiləsi aparmaq çox faydalı oldu. Nazir Ankaraya səfərinin nəticələrini yüksək qiymətləndirərək, əsas müzakirələrin sərhəd təhlükəsizliyi, bölgədə İsrail rejiminin yaratdığı təhdidlər və Suriya məsələləri üzərində cəmləşdiyini açıqlayıb.

Türkiyənin Kayseri şəhərinin, Kocasinan rayonununda yeni səhiyyə ocağının inşası üçün tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 270 gün təşkil edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar: