Yaxın Şərqdə diplomatik səylər intensivləşib. Qətər, Misir və Türkiyə son 24 saat ərzində Fələstin hərəkatı HƏMAS-ı ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi sülh planını qəbul etməyə təşviq etmək üçün birgə təzyiq göstəriblər. Bu barədə Axios portalı mənbələrə istinadla məlumat yayıb.
#Türkiyə
Türk millətinin taleyini əks etdirən tarix kitabı açıldıqda, ən parlaq səhifələrdən biri şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa həsr olunub. Bu bağ yalnız coğrafi yaxınlıqla deyil, ortaq dil, mədəniyyət, ədəbiyyat və tarixi yaddaşla formalaşmış sarsılmaz bir qardaşlıqdır. Hər iki xalq Oğuzun ocağında doğulmuş, eyni dastanlarla böyümüş, eyni türkülərlə sevinmiş, eyni acılara şərik olmuşdur. Türkiyə ilə Azərbaycan arasındakı bu qardaşlıq tarix, mədəniyyət və ortaq tale üzərində inşa olunmuşdur. Son dövrlərdə Türkiyədə bəzi media orqanlarında yayımlanan saxta xəbərlər, bu münasibətlərə xələl gətirmək və iki ölkə arasında şübhə toxumu səpmək məqsədi güdən şüurlu və məqsədli cəhdlər ola bilər. Sosial media və bəzi media platformaları üzərindən sürətlə yayılan bu xəbərlər tamamilə yalan və iftiradır, və iki xalqın arasına nifaq salmaq məqsədi daşıyır. Bu cür yalanlar Türk millətinin əsl duyğularını və düşüncələrini əsla əks etdirmir.
İstanbulda yerləşən Bahçelievlər bələdiyyəsi 600 min litr dizel, 30 min litr benzin və 8 min litr Adblue (dizel mühərriklərinin daha təmiz işləməsi üçün “ekoloji maye”) məhsulunun alınması nəzərdə tutulur. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr tarixlərində 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) ilə bağlı mətbuat konfransı təşkil olunub.Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Bu ilin avqustunda biz Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı gücləndirəcək, regional sülhü möhkəmləndirəcək, Cənubi Qafqazda iqtisadi əməkdaşlığı artıracaq, sərhədlərin açılmasını və diplomatik münasibətlərin normallaşmasını sürətləndirəcək Zəngəzur Bağlantısının Türkiyə hissəsinin təməlini qoyduq.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Çinin aparıcı enerji texnologiyaları istehsalçılarından Dongfang Electric Corporation ilə Türkiyədə külək turbinlərinin istehsalı üzrə böyük layihə üzərində danışıqlar apardıqlarını açıqlayıb.
Türkiyə, bu gün Qətərdə Qəzza zolağında atəşkəsə nail olmaq məqsədilə keçiriləcək vasitəçilik toplantısında iştirak edəcək. Toplantıda Türkiyəni Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın təmsil edəcək. Görüşdə Qəzzada atəşkəsin təmin olunması və bölgədəki humanitar vəziyyətin yüngülləşdirilməsi istiqamətində diplomatik səylər müzakirə olunacaq.
Şanlıurfa Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasında və Balıkgöl Dövlət Xəstəxanasında genişmiqyaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 100 gün təşkil edir.
MÜSİAD Azərbaycan İstehsalat və Ticarət, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyalarının birgə təşkilatçılığı ilə MADO restoranında üzvlərin III Bir və Bərabər adlı netvörkinq görüşü baş tutub.
İsrailin Baş naziri Benyamin NetanyahuABŞ Prezidenti Donald Tramp ilə dünən Ağ Evdə keçirdiyi görüşdən sonra açıqlama verib. Baş nazir özünün “Telegram” hesabında yayımladığı videomüraciətdə deyib: “Xeyr, qətiyyən. Bu, razılaşmada yer almır. Biz tam aydın şəkildə bildirmişik ki, Fələstin dövlətinə qəti surətdə qarşıyıq.”
Sakarya Səhiyyə İdarəsi, 13 səhiyyə müəssisəsində işçi sağlamlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə iş təhlükəsizliyi mütəxəssisi xidməti alışı üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, tenderin nəticələri açıqlandıqdan sonra beş gün ərzində işə başlanacaq və 12 ay davam edəcək.
UEFA Çempionlar Liqasının II turunda Türkiyənin Qalatasaray klubu doğma publika önündə İngiltərə nəhəngi Liverpulu qəbul edəcək. Qeyd edək ki, ötən turda Qalatasaray Almaniyaya Frankfurt səfərinə yollanmışdı. Həmin görüşdə Türkiyə təmsilçisi 5-1 hesabı ilə məğlub olmuşdu. Liverpul isə ötən tur Atletiko Madrid ilə qarşılaşıb və 3-2 hesablı qələbə qazanıb.