Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğradığı Sqinaxi bölgəsinə gedib.
#Türkiyə
11 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana zəng edib.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Ankaraya başsağlığı verib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstanlı həmkarı Gela Geladze ilə müntəzəm əlaqə saxladıqlarını və qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsinin qalıqlarının tapıldığını açıqlayıb.
Azərbaycan Respublikasının Ombudsmanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib.
Türkiyə Xarici İşlər Nazirliyi İslamabadda məhkəmə binası yaxınlığında baş verən partlayışla bağlı Pakistana başsağlığı verib.
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.
Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib ki, Azərbaycandan Türkiyəyə gəlmək üçün havalanan C130 yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Nazirliyin sosial media hesabında yayılan açıqlamada qeyd olunub ki, "Azərbaycan-dan ölkəmizə gəlmək üzrə havalanan C130 yük təyyarəmiz Gürcüstanda düşüb. Axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanıb. Bu barədə ictimaiyyətə hörmətlə məlumat verilir."
Misirin xarici işlər naziri Bədr Əbdüləti sabah Türkiyəyə səfər edəcək. Türkiyə Xarici İşlər Naziri Hakan Fidan və sabah Türkiyəyə səfər edəcək Misir Xarici İşlər Naziri Əbdülati həmsədrlik edəcəkləri Türkiyə–Misir Ümumi Planlaşdırma Qrupu (OPG) Birinci Toplantısı təşkil olunacaq. Müvafiq qurumlardan məsul şəxslərin də iştirak edəcəyi toplantıda 2026-cı ildə iki ölkə prezidentlərinin həmsədrliklərində Qahirədə keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YDSŞ) İkinci Toplantısı üçün hazırlıqlar müzakirə olunacaq.
ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdə uzunmüddətli sülhün bərqərar olması üçün tədbirləri dəstəklədiklərini bir daha təsdiqləyiblər. Dövlət Departamentindən bildirilib ki, bundan əlavə, tərəflər Ukrayna münaqişəsinə də toxunublar. Rubio ABŞ prezidenti Donald Trampın bütün NATO müttəfiqlərinə "Ukraynada davam edən münaqişəyə son qoymaq üçün Rusiya enerjisini almağı dayandırmaq" çağırışını xatırladıb.
Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Prezidenti Tufan Ərhürman, Türkiyə Prezidentinin dəvəti ilə ilk xarici səfərini Ankaraya edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbəri Burhanəddin Duran məlumat verib. “KKTC Prezidenti Tufan Ərhürman, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında ilk xarici səfərini 13 noyabr 2025-ci ildə Türkiyəyə həyata keçirəcək. Ziyarət çərçivəsində keçiriləcək görüşlərdə Kipr məsələsi ilə bağlı aktual məsələlər müzakirə olunacaq, Türkiyə-KKTC münasibətləri bütün aspektləri ilə dəyərləndiriləcək.”- deyə açıqlamada bildirilib.