#Tramp İran siyasəti

ABŞ hökuməti İranda davam edən təhlükəsizlik risklərini əsas gətirərək, bu ölkədəki vətəndaşlarına növbəti dəfə "ölkəni dərhal tərk etmə" çağırışı edib. ABŞ-ın Tehrandakı Virtual Səfirliyi tərəfindən yayımlanan xəbərdarlıqda vətəndaşlardan Vaşinqtonun köməyinə güvənmədən, təcili çıxış planı hazırlamaları istənilib.

ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsinin göyərtəsində jurnalistlərə verdiyi bəyanatda regional münaqişələr, iqtisadi sanksiyalar və qlobal ticarət əlaqələri ilə bağlı silsilə mühüm açıqlamalar verib. Prezident Tramp "böyük bir hərbi qüvvənin" İrana doğru irəlilədiyini və ölkədəki vəziyyəti yaxından izlədiklərini bildirib. O, "İranla bağlı hər hansı bir hadisənin baş verməməsinə üstünlük verərdim" desə də, rəsmi Tehranla ticarət aparan ölkələrə qarşı elan edilmiş ikinci dərəcəli gömrük rüsumlarının tezliklə tətbiq olunacağını aydınlaşdırıb. Tramp vurğulayıb ki, əgər İran hökuməti nümayişçilərin planlaşdırılan edamlarını həyata keçirərsə, ABŞ-ın hərbi cavabı əvvəlki nüvə obyektlərinə endirilən zərbələri "heç nə" kimi göstərəcək qədər şiddətli olacaq.

ABŞ Prezidenti Donald Tramp fəaliyyətinin ilk ildönümü münasibətilə "News Nation" kanalına verdiyi müsahibədə İranın ona qarşı sui-qəsd təhdidləri və ölkə daxilindəki etirazlarla bağlı sərt bəyanatlar səsləndirib. İranın sui-qəsd planlarını həyata keçirmə ehtimalını şərh edən Tramp, belə bir addım atılacağı təqdirdə cavabın qəti olacağını bildirib. O, hərbi rəhbərliyə çox ciddi göstərişlər verdiyini vurğulayaraq, "Hər hansı bir hadisə baş verərsə, bütün ölkə havaya uçacaq. Onları yer üzündən siləcəklər," – deyə xəbərdarlıq edib. Tramp həmçinin sələfi Co Baydeni bu təhdidlərə qarşı kifayət qədər sərt reaksiya verməməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Trampa etiraz aksiyalarının davam etdiyi İrana qarşı ənənəvi hava hücumları ilə yanaşı, kiber və psixoloji əməliyyat variantlarını ehtiva edən geniş hesabat təqdim edilib. CBS News kanalına danışan ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Prezident Trampın İrana qarşı istifadə edilə biləcək hərbi və gizli vasitələr barədə ətraflı məlumatlandırıldığını bildiriblər. Məlumata görə, mümkün hərbi müdaxilə zamanı hava qüvvələri və uzaqmənzilli raketlər əsas rolunu qoruyub saxlasa da, kiber əməliyyatlar və psixoloji fəaliyyətlər də masadakı variantlar arasındadır.

ABŞ-da demokrat senatorlar Prezident Donald Trampın nüvə silahı testlərinin başlanması barədə verdiyi göstərişi tənqid ediblər. Senatorlar Jeanne Shaheen, Jacky Rosen və Mark Kelly bu addımı “təhlükəli və məsuliyyətsiz” adlandırıb. Shaheen qeyd edib ki, nüvə testlərinin yenidən başlaması ABŞ-ın 30 ildən artıq davam edən moratoriumunu sona çatdıracaq, Rusiya və Çin isə 1992-ci ildən bəri nüvə testi aparmayıb. Rosen isə radiasiyanın təsiri və dağıntıların həm ölkə daxilində, həm də dünyada hiss olunacağını vurğulayıb. Kelly isə ABŞ nüvə testləri halında Çinin də eyni addımı ata biləcəyini bildirib.

Şarm əl-Şeyxdəki raunda beynəlxalq və regional səviyyədə yüksək nümayəndə heyətlərinin qoşulması diplomatik səfərbərliyin miqyasını artırıb. Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani, Trampın müşaviri Cared Kuşner və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff müzakirələrdə iştirak edir. Türkiyədən Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, İsraildən baş nazir Binyamin Netanyahunun yaxın çevrəsindən sayılan strateji məsələlər naziri Ron Dermerin iştirakı da tərəflərin, çətinliklərə baxmayaraq, prosesə sadiqliyini göstərir.