Çinin xarici işlər naziri Van İ, İranda iqtisadi çətinliklər fonunda davam edən kütləvi etirazlar şəraitində Tehrana siyasi dəstək mesajı verib. Van İ bildirib ki, Pekin İran hökumətinin və xalqının birgə səylərlə çətinliklərin öhdəsindən gələcəyinə, milli sabitliyi qoruyacağına, həmçinin qanuni hüquq və maraqlarını müdafiə edəcəyinə inanır. O, eyni zamanda ABŞ-nin İrana mümkün müdaxiləsi ilə bağlı narahatlıqlara toxunaraq, Çinin beynəlxalq münasibətlərdə güc tətbiqinə, təhdid siyasətinə və bir dövlətin iradəsinin digərlərinə zorla qəbul etdirilməsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb.
#Çin
İran avtoritar rejiminin dayanıqlığı daxili legitimliyin sistemli aşınması, beynəlxalq təzyiq və texnoloji dezintermediasiya şəraitində necə transformasiya olunur və yaxın perspektivdə onun çökmə ehtimalını hansı parametrlər müəyyənləşdirir?
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Çinə mebel ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54 faiz azalaraq, 6 milyon 7 min 39 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Çinə mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,8 faiz azalaraq, 749 min 77 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.
Böyük Britaniya həm Çin və Rusiyanın bölgədə artan təsirinə qarşı durmaq, həm də adanı ələ keçirmək istəyən ABŞ-ı bu fikrindən daşındırmaq məqsədilə Qrenlandiyaya hərbi qüvvə göndərməyə hazırlaşır. Rəsmi London bu planı artıq avropalı müttəfiqləri ilə müzakirə etməyə başlayıb. Çin və Rusiyanın Arktika bölgəsindəki varlığını ciddi təhdid hesab edən Britaniya rəhbərliyi adanın müdafiəsini təmin etmək üçün Fransa və Almaniya ilə danışıqlar aparır.
Çin, Rusiya və İran hərbi gəmiləri Cənubi Afrika Respublikasının sahillərində keçiriləcək həftəlik dəniz təlimləri üçün limana çatıb. Təlimlər Cənubi Afrika ilə yanaşı BRICS bloku çərçivəsində əməkdaşlığı gücləndirmək məqsədilə təşkil olunub və bu, qlobal geosiyasi gərginlik fonunda baş verir. Təlimlər “Will for Peace 2026” adı altında keçiriləcək və 9–16 yanvar tarixləri arasında Simons Taun limanı yaxınlığında baş tutacaq. Cənubi Afrika Milli Müdafiə Qüvvələri bildiriblər ki, manevrlər zamanı dəniz nəqliyyatının təhlükəsizliyi, “anti-piratlıq” əməliyyatları və hərbi əməkdaşlığın təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi planlaşdırılır.
2026-cı il yanvarın 7-də ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerini ələ keçirməsi sadəcə diplomatik qalmaqal deyil. Bu hadisə beynəlxalq nizamın yeni mərhələyə keçdiyini, burada hüquqla güc arasında tarazlığın pozulduğunu və İkinci Dünya müharibəsindən bəri ilk dəfə qlobal dəniz hüququnun sınağa çəkildiyini göstərir. Bir baxışda bu, sanki hüquqi səlahiyyətlərlə sanksiya siyasəti arasındakı ziddiyyət təsiri bağışlayır. Amma əslində söhbət ABŞ hegemonluğunun sərhədlərinin yoxlanılmasından, Rusiyanın isə öz bayrağını yalnız rəmzi deyil, həm də institusional səviyyədə qorumaq gücündən gedir.
Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirən “Neftçi” bugün ilk yoxlama oyununa çıxacaq.
Air Astana aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Çində məcburi eniş edib. 8 yanvar 2026-cı il tarixində Seul–Astana marşrutu üzrə həyata keçirilən KC210 reysi Pekin hava limanına təcili eniş etmək məcburiyyətində qalıb. Bildirilib ki, təyyarə havaya qalxdıqdan təxminin 2 saat sora Pekində təhlükəsiz şəkildə eniş edib.
ABŞ Prezidenti Donald Tramp Meksika və Kolumbiya ilə bağlı sərt açıqlamalar verərək, regionda təhlükəsizlik və narkotik dövriyyəsi məsələlərini gündəmə gətirib. Florida ştatında istirahətdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp, Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilələrin “doğru və haqlı” olduğunu iddia edib. Onun sözlərinə görə, Venesueladan ABŞ-yə böyük həcmdə narkotik daşınır və ölkənin Prezidenti Nikolas Maduro “narko-terror dövləti” idarə edir.
Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərinə gəlib. Səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub və bu, Li Cemyönün prezident vəzifəsində Çinə ilk səfəridir. Səfər yanvarın 7-dək davam edəcək və Cənubi Koreya lideri paytaxt Pekin ilə yanaşı, Çin maliyyə mərkəzi Şanxaya da baş çəkəcək.
Çinin Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda ABŞ-ni Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını dərhal azad etməyə çağırıb, Venesueladakı böhranın isə dialoq və danışıqlar yolu ilə həll edilməli olduğunu bildirib. Nazirliyin rəsmi saytında dərc olunan açıqlamada vurğulanıb ki, ABŞ Maduronun və onun həyat yoldaşının təhlükəsizliyini təmin etməlidir. Bəyanatda onların saxlanılmasının beynəlxalq hüquq və beynəlxalq normaların açıq şəkildə pozulması olduğu qeyd edilib. Məlumatı “Reuters” agentliyi yayıb.
On ildən artıq bir müddətdə Nikolas Maduro Latın Amerikasının ən dərin siyasi, sosial və iqtisadi böhranlarından birinə rəhbərlik edir. O, 2013-cü ildə Uqo Çavesdən prezidentliyi təhvil aldıqda Venesuela hələ də inqilab dilindən, sosial transformasiya vədlərindən bəslənirdi. Amma bu gün ölkə repressiya, kütləvi miqrasiya və dövlət institutlarının çökməsi ilə üzləşib. Buna baxmayaraq, Maduro hakimiyyətdə qalır. Bəs cazibəsi olmayan, iqtisadiyyatı çökmüş bir ölkəni idarə edən bir liderin hakimiyyətdə qalmasının sirri nədir? Cavab populist performansın, avtoritar nəzarətin və praqmatik uyğunlaşmanın qarışığında gizlənir.