Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Çin Xalq Respublikasının Milli Metrologiya İnstitutu (NIM) arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
#Çin
Yunanıstan Hərbi Hava Qüvvələrində xidmət edən bir zabit NATO-ya məxsus məxfi məlumatları Çin tərəfinə ötürməkdə ittiham edilərək saxlanılıb. Məlumata görə, casusluqda şübhəli bilinən şəxs Yunanıstan Hərbi Hava Qüvvələrində uzun illər xidmət etmiş telekommunikasiya və informasiya sistemləri üzrə mühəndisdir. Onun NATO çərçivəsində müxtəlif texniki vəzifələrdə çalışdığı bildirilir.
Ceyhun Bayramov Azərbaycan–Çin münasibətləri və hərtərəfli strateji tərəfdaşlığa dair “Global Times” nəşrinə müsahibəsində deyib
Ceyhun Bayramov “Global Times” nəşrinə müsahibəsində deyib
NATO ölkələri Arktika bölgəsində Rusiya gəmiləri və sualtı qayıqlarını aşkar etmək və izləmək üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməyə başlayıb. Məqsəd Avropa rəsmilərinin ABŞ Prezidenti Donald Trampa Arktika bölgəsində Amerikanın maraqlarının qorunmasına töhfə verə bildiklərini nümayiş etdirməkdir.
ABŞ Kubadan milli təhlükəsizliyə "təhdid" səbəbindən fövqəladə vəziyyət elan edib. "Kubadakı vəziyyətin Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhdid təşkil etdiyini düşünürəm (...) və bununla əlaqədar olaraq milli fövqəladə vəziyyət elan edirəm", - deyə sənəddə bildirilib.
Çin hakimiyyəti Myanmanın şimalında fəaliyyət göstərən cinayət qruplaşmaları ilə, o cümlədən telekommunikasiya fırıldaqları ilə məşğul olan şəbəkələrlə əlaqəli 11 nəfəri edam edib. Məlumata əsasən, son illər Çin regional miqyasda, xüsusilə Tailand, Myanma və Kamboca ilə əməkdaşlığı gücləndirərək Cənub-Şərqi Asiyada geniş yayılmış “fırıldaq mərkəzləri”nə qarşı mübarizəni intensivləşdirib. Bu mərkəzlər əsasən onlayn dələduzluq və telekommunikasiya fırıldaqları ilə məşğul olur.
Fransa uşaqlarını qorumaq üçün radikal addım atdı. Parlamentdə sabaha qədər davam edən marafon iclasda millət vəkilləri sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələrə qarşı "dur" deyib. Fransa Parlamenti bazar ertəsi günü 15 yaşından kiçik uşaqların sosial media platformalarından istifadəsini qadağan edən qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Çinə tekstil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artaraq,187 milyon 143 min 28 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Çinə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 28 milyon 887 min dollara çatdırıb.
Rusiya və Çin hazırda Qrenlandiya və onun ətraf sularında ABŞ maraqlarına təhlükə yaratmır. Qəzetin məlumatına görə, Bu barədə New York Times qəzeti ABŞ ekspertlərinin və keçmiş və hazırkı rəsmi şəxslərin fikirlərinə istinadla məlumat yayıb.ABŞ senatoru Mark Uorner regionda Moskva və Pekin tərəfindən hər hansı bir təhlükənin mövcud olmadığını bildirib.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Çinə xalça ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 13 milyon 390 min 49 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Çinə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 92,6 faiz artaraq,1 milyon 91 min 19 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.
NATO Baş Katibi Mark Rutte İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Avropa özünü müdafiə edə bilərmi?” adlı paneldə çıxış edərək, Qrenland məsələsinin dostane şəkildə həll edilməli olduğunu, lakin əsas problemin Ukrayna olduğunu bildirib. Rutte çıxışında deyib ki, Ukrayna bir nömrəli prioritet olmalıdır, çünki bu, həm Avropanın, həm də ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. O, həmçinin Qrenland məsələsində arxa planda işlədiyini, lakin bunu ictimaiyyətə açıqlaya bilmədiyini vurğulayıb.