NATO-ya üzv olan 32 ölkənin müdafiə nazirlərinin iştirakı ilə regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi NATO Müdafiə Nazirləri Toplantısı Brüsseldə başlayıb. Toplantının açılışında çıxış edən NATO Baş katibi Mark Rutte əsas diqqət mərkəzinin alyansın müdafiə və çəkindirmə qabiliyyətinin gücləndirilməsi olacağını bildirib.
#NATO
NATO-nun Baş katibi Mark Rutte Qəzzada əldə olunan atəşkəs razılaşmasındakı roluna görə Türkiyəyə təşəkkürünü bildirib. Sloveniyada keçirilən NATO Parlament Assambleyasının (PA) iclasında çıxış edən Rutte, Türkiyə Böyük Millət Məclisinin NATO PA Türk nümayəndə heyətinin sədri, AK Partiyanın Antalya deputatı Mövlud Çavuşoğlunun İsrailin bölgədə və Qəzzada həyata keçirdiyi hücumların NATO-nun ümumi təhlükəsizlik mühitinə təsiri ilə bağlı sualını cavablandırıb.
Son dövrlərdə Netanyahu özünü dünyaya qarşı tək vəziyyətdə gördü; BMT-dəki səhnə hər şeyi əks etdirdi: dünya bir tərəfdə, Netanyahu isə digər tərəfdə təcrid olunmuş və kənarda qalmış vəziyyətdə idi.Bu, bir neçə əlamətdən başladı: bir neçə gün öncə BMT-yə gedərkən onun təyyarəsinin Avropa hava məkanından keçməməsi, məhz Məhkəmə qarşısında çıxarılacaq həbs qərarından qorxma səbəbi ilə idi; BMT-dəki çıxışı zamanı salonun boş və soyuq görünməsi, səfir və nümayəndələrin çıxıb getməsi onun görünüşünü solğunlaşdırdı.
Sentyabr ayında Rusiyaya aid pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozması sadəcə təsadüfi bir insident deyildi, bu, ciddi xəbərdarlıq idi. O, mühüm sualları yenidən gündəmə gətirdi: nüvə gücünə qarşı hansı həddə qədər caydırıcılıq mümkündür? Beynəlxalq hüquq özünümüdafiə ilə ümumi müharibə təhlükəsinin qarşısını almaq arasında necə balans yarada bilər? NATO hansı rolu oynaya bilər ki, təhlükəsizliyi möhkəmləndirsin, amma Avropada dağıdıcı müharibə başlamasın?
Türk müdafiə sənayesinin uğurlu məhsullarından olan Ejder Yalçın 4x4 taktiki zirehli maşını, NATO çərçivəsində Macarıstanda keçirilən Adaptive Hussars 2025 (ADHU 25) hərbi təlimində sahəyə çıxarıldı. Macarıstan Silahlı Qüvvələrinin ev sahibliyi etdiyi və ölkə tarixinin ən böyük hərbi təlimlərindən biri hesab edilən tədbirdə 22 minə yaxın hərbi personal iştirak edib.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) mənbələri bildirib ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya Müvəqqəti Hökumətinə inteqrasiyası ilə bağlı proses nazirlik tərəfindən diqqət və həssaslıqla izlənilir. Aktürk bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSK) NATO, BMT və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində bir çox bölgədə uğurla fəaliyyət göstərir.
İtaliya müdafiə naziri Crosetto açıqlamasında NATO və Avropa İttifaqı çərçivəsində iki ölkənin uzunmüddətli əməkdaşlığına diqqət çəkərək, “Heç bir ölkə Ukraynadan Yaxın Şərqə, Afrikadan Balkanlara qədər uzanan böhran və təhlükələrə təkbaşına cavab verə bilməz. Əsas məsələ ortaq dəyərləri ortaq qabiliyyətlərə çevirməkdir. Bu, kollektiv təhlükəsizlik və regional sabitliyin təminində vacibdir”,- deyə o bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Çinin, Rusiyanın və Pakistanın XİN rəhbərləri ilə Əfqanıstan mövzusunda keçirilən dördtərəfli görüşdə ABŞ və NATO-nu regiondakı problemlərin əsas məsuliyyət daşıyıcıları kimi göstərib.
Polisin məlumatına görə, Esbjerg, Sonderborg və Skrydstrup hava limanları da eyni vaxtda dronlarla müşahidə olunub, lakin fəaliyyətini dayandırmayıb. Aalborg polisi hadisəni diqqətlə izlədiklərini, lakin dronların sayını və məqsədini müəyyən edə bilmədiklərini açıqlayıb.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubio tərəfindən təşkil olunmuş Transatlantik şam yeməyində iştirak ediblər.Tədbirə eyni zamanda onların Avropa İttifaqı və NATO ölkələrindən olan həmkarları, eləcə də İsveçrə və Ukraynanın xarici işlər nazirliklərinin rəhbərləri qatılıblar.
İran Ordusunun Koordinasiya İşləri üzrə sədr müavini Həbibullah Səyyari bildirib ki, İsrail NATO və ABŞ dəstəyi olmadan hərbi əməliyyat aparmaq gücünə malik deyil. Tehranda çıxış edən Səyyari vurğulayıb ki, “qlobal təkəbbür” hələ də İrana qarşı mövqedədir, lakin İran İslam Respublikası kiçik düşmənlərlə deyil, imperializmə qarşı mübarizə aparmaqdan qürur duyur.
NATO 19 sentyabrda baş verən insidentdən sonra fövqəladə qaydada səfirlər səviyyəsində iclas keçirib. İclasda Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) məlumat verərək üç silahlı Rusiya MiG-31 qırıcı təyyarəsinin Estoniya hava məkanına daxil olduğunu və orada on dəqiqədən çox qaldığını açıqlayıb.