#İkitərəfli münasibətlərin inkişafı

Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində AZPROMO və bir sıra şirkətlər arasında üç sənəd imzalanıb. İmzalanan sənədlər tərəflər arasında investisiya və sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

İraq Baş naziri Məhəmməd Şiəəs-Sudani bu gün (çərşənbə günü) bəyan edib ki, İraq hökuməti ABŞ-la ikitərəfli əməkdaşlığın davamlı dinamikasını qorumağa və son aylarda əldə edilmiş razılaşma və anlaşmaların icrasını davam etdirməyə böyük önəm verir. Sudani bu fikirləri ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı səsləndirib. İraq hökumətinin yaydığı bəyanata görə, baş nazir bildirib ki, hökumət iqtisadi əlaqələri genişləndirmək, cəlbedici investisiya mühitini inkişaf etdirmək, həmçinin ABŞ şirkətlərinin İraqda fəaliyyət göstərməsi üçün əlverişli şərait yaratmaq istiqamətində çalışır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfəri çərçivəsində Qətərdə səfərdədir. Səfər zamanı o, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə paytaxt Dohada görüş keçirib. Əmirlik Divanında baş tutan görüş mətbuata qapalı şəraitdə keçirilib. İkili görüşdən sonra nümayəndə heyətləri arasında danışıqlar aparılacaq və müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz turunun ilk dayanacağı olan Küveytə səfər edib və rəsmi mərasimlə qarşılanıb. Prezidentlə birlikdə Birinci xanım Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Güler, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, eləcə də AK Partiya rəhbərliyindən bir sıra yüksək vəzifəli şəxslər - Ömər Çelik, Halit Yerebakan, Özlem Zengin, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və xarici siyasət və təhlükəsizlik üzrə baş müşavir Akif Çağatay Kılıç da Küveytə səfərdə iştirak ediblər.

Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 21-22-23 Oktyabr tarixlərində Küveyt, Qətər və Oman ölkələrinə rəsmi səfər edəcək. Səfərlər zamanı bu ölkələrlə ikitərəfli münasibətlərin bütün aspektləri yenidən nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görüləcək işlər müzakirə olunacaq. Görüşlərdə həmçinin regional inkişaflar və beynəlxalq məsələlər barədə məsləhətləşmələrin aparılması planlaşdırılır.