#İkitərəfli münasibətlərin inkişafı

Türk Mədəniyyəti və İrsi Fondunun Mənzil qərargahında Təşkilatın prezidenti Aktotı Raimkulova və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri cənab Rüfət Mahmud arasında görüş keçirilib. Görüş zamanı tərəflər Türk dünyasının mədəni irsinin qorunması, idarə olunması və təbliği sahəsində mövcud tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə “İçərişəhər”in zəngin tarixi irsi, UNESCO Dünya İrsi Siyahısında yer alması və bu irsin daha geniş beynəlxalq auditoriyaya çatdırılması üçün həyata keçirilə biləcək birgə layihələr diqqət mərkəzində olub.

BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirdi. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatdı.

Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir. Tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edəcək. Forum çərçivəsində birinci panel sessiya “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunacaq.

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilən məlumata əsasən, Türkmənistanın daimi tərəfsizliyinin 30 illik ildönümü münasibətilə 6-12 dekabr 2025-ci il tarixlərində ölkədə keçiriləcək mədəniyyət həftəsi çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından nümunələr də təqdim olunacaq.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Almaniya Xarici İşlər Naziri Yohann Vadepul ilə görüşüb. Bu, Fidanın Almaniyaya ilk ikitərəfli səfəri olub. Görüş çərçivəsində Nazir Fidan Almaniyadakı türk icması və iş adamları ilə görüşüb, həmçinin Almaniya tərəfi ilə siyasi, iqtisadi və müdafiə əməkdaşlığını müzakirə edib. Gündəmin əsas mövzuları arasında Türkiyə–Avropa İttifaqı münasibətləri, Gömrük Birliyinin yenilənməsi, viza sərbəstisi və enerji–nəqliyyat sahələrində əməkdaşlıq yer alıb.

İranın Xarici İşlər Naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın mövqeyi səbəbindən İranın nüvə proqramı ilə bağlı tarazlı və ədalətli danışıqlar prosesi hazırda mümkün deyil. Cümə axşamı axşamı verdiyi açıqlamalarda Əraqçi Fransaya səfərinin məqsədləri və nəticələri barədə danışıb. O deyib ki, Parisə səfər İranın Fransa ilə ikitərəfli münasibətlər, regional məsələlər, nüvə mövzuları və Ukrayna kimi Avropa məsələləri də daxil olmaqla müxtəlif sahələrdə apardığı məsləhətləşmə və fikir mübadiləsinin davamıdır.