Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO rəhbərliyi ilə yüksək səviyyəli görüş keçirib. Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
#İkitərəfli münasibətlərin inkişafı
Türkiyənin xarici işlər naziri Hakan Fidan 23-24 aprel tarixlərində Birləşmiş Krallıqa səfər edəcək. Səfər çərçivəsində onun İngiltərənin xarici işlər və inkişaf naziri Yvette Cooper, parlament üzvləri və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.
Suriya Prezidenti Əhməd Əş-Şəraa sabah Səudiyyə Ərəbistanı-na rəsmi səfər edəcək. Səfər çərçivəsində onun Məhəmməd bin Salman ilə görüşü planlaşdırılır. Xüsusilə Yaxın Şərqdə təhlükəsizlik, siyasi sabitlik və koordinasiya məsələlərinin əsas gündəm mövzuları olacağı bildirilir. Rəsmi açıqlamalara əsasən, bu səfər region ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində aparılan diplomatik fəaliyyətin davamı kimi qiymətləndirilir.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah şənbə günü "Antalya Diplomatik Forumu 2026" çərçivəsində Əlcəzairin dövlət naziri, xarici işlər, xaricdəki milli birlik və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb. Görüş zamanı nazirlər iki ölkə arasındakı mövcud ikitərəfli münasibətləri nəzərdən keçirib, həmçinin regionda baş verən ən son hadisələri və qarşılıqlı maraq doğuran məsələləri ətraflı müzakirə ediblər.
Ceyhun Bayramov Şaya Mohsin Zindani ilə görüşüb.
Səudiyyə Ərəbistanı Pakistanın maliyyə sabitliyini dəstəkləmək üçün yeni qərar qəbul edib. Məlumata əsasən, bu vəsait Birləşmiş Ərəb Əmirliklərinə olan böyük həcmli borc ödənişləri fonunda Pakistanın maliyyə yükünü azaltmağa yönəlib. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı eyni zamanda Pakistan Mərkəzi Bankında yerləşdirilmiş 5 milyard dollarlıq depozitin müddətini də uzadıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistana səfəri çərçivəsində bu ölkənin təhsil nazirinin müavinləri ilə görüşüb. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, görüş zamanı müasir texnologiyaların, eləcə də süni intellektin təhsildə tətbiqinin gücləndirilməsinə dair müzakirələrə xüsusi önəm verib.
Amerika Birləşmiş Ştatlarının paytaxtında ABŞ və Özbəkistanın İşgüzar və İnvestisiya Şurasının növbəti iclası baş tutub. Tədbirdə hər iki ölkənin dövlət və hökumət rəsmiləri təmsil olunub. İclasa Özbəkistan tərəfindən Prezident Administrasiyasının məsul şəxsi Saida Mirziyoyeva, ABŞ tərəfindən isə Ağ Evin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serjio Qor qatılıb.
Qırğızıstan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində hər il 150 Qırğızıstan vətəndaşının Türkiyədə pulsuz müalicə alması ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, hər il ayrılan 150 kvota çərçivəsində Qırğızıstan vətəndaşları Türkiyənin dövlət xəstəxanalarında yüksək ixtisaslı tibbi xidmətlərdən ödənişsiz yararlana biləcəklər.
Almaniya kansleri Fridrix Merts və Suriya Prezidenti Əhməd əş-Şəraa Berlində keçirilən görüş zamanı Almaniyada yaşayan suriyalıların böyük hissəsinin ölkələrinə qayıtması məsələsində ortaq mövqe nümayiş etdiriblər.
ABŞ Venesuelanın paytaxtı Karakasda yerləşən səfirliyinin fəaliyyətini 7 ildən sonra bərpa edib. Rəsmi açıqlamada bildirilib ki, səfirliyin yenidən açılması ABŞ-ın Venesuelada diplomatik mövcudluğunda yeni dövrün başlanğıcını ifadə edir və hökumət, vətəndaş cəmiyyəti, eləcə də özəl sektorla birbaşa əlaqələrin genişləndirilməsinə imkan yaradacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beçiroviç ilə görüş keçirib. Görüş zamanı Türkiyə ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.