#İkitərəfli münasibətlərin inkişafı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinin Tyanjin şəhərinə gedib. Bu gün Tokayev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş keçiriləcək.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İordaniya Kralı II Abdullah Astanada dar tərkibdə danışıqlar aparıblar. Tokayev, ilin əvvəlində Əmman şəhərinə etdiyi səfəri məmnuniyyətlə xatırladığını bildirib. Kral II Abdullahın Qazaxıstana rəsmi səfərinin əsas səbəbi Astananın ev sahibliyi edəcəyi Qazaxıstan–İordaniya biznes forumu olacaq.

Görüşdə tərəflər regional və beynəlxalq vəziyyəti, xüsusilə də Qəzzada gərgin humanitar böhranı və İsrailin davam edən hücumlarını müzakirə ediblər. Onlar İslam ölkələrinin koordinasiyasının artırılmasının, hücumların dərhal dayandırılmasının və humanitar yardımın bölgəyə maneəsiz çatdırılmasının vacibliyini qeyd ediblər

Türkiyə xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci Fövqəladə Toplantısında iştirak etdiyi Səudiyyə Ərəbistanının Ciddə şəhərində Misirin xarici işlər naziri Bədr Abdulati ilə görüşüb.

Qırğızıstanın Milli İnvestisiya Agentliyindən verilən məlumata görə, 18 sentyabrda Bişkekdə Qırğızıstan-Türkiyə biznes forumu təşkil olunacaq. Tədbir Qırğızıstan və Türkiyənin dövlət qurumlarını, biznes dairələrinin nümayəndələrini və investisiya şirkətlərini bir araya gətirəcək.

“Avaza” milli turizm zonasında Türkmən Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Mirziyoyevin Türkmənistana səfəri Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin yüksək səviyyəli üçtərəfli görüşündə iştirak çərçivəsində baş tutub.