#Qəzzada humanitar böhran

İsrail ordusu işğal altındakı Qərb Sahilinin Nablus şəhərinə reyd təşkil edərək şəhərin qərbindəki Zevata Qovşağı bölgəsinə geniş hərbi qüvvə göndərib. Yerli şahidlərinin verdiyi məlumata görə, Zevata Qovşağı bölgəsinin giriş və ətrafını, həmçinin Nablusun qərbində yerləşən Qurani-Kərim Akademiyasının ərazisini əhatə edən İsrail əsgərləri, daha sonra Filistinli “Sanuber” ailəsinin evini partlatmaq məqsədilə ətrafdakı digər evləri də boşaldıblar.

İsrail ordusu işğal altındakı Fələstinin İordan çayının qərb sahilinin şimalında fələstinliləri evlərini tərk etməyə məcbur edərək bölgəyə əlavə hərbi qüvvələr göndərib. Yerli mənbələrin məlumatına görə, İsrail əsgərləri Cenin qaçqın düşərgəsinə bitişik Cabiriyyat məhəlləsinin sakinlərini evlərini boşaltmağa məcbur edib və daha sonra məhəllədə genişmiqyaslı axtarışlara başlayıb. Bildirilir ki, əraziyə əlavə hərbi bölmələr də yerləşdirilib. Son günlərdə İsrail qüvvələri Cenin və onun ətrafındakı yaşayış məntəqələrinə ardıcıl basqınlar edir. Bu basqınlar zamanı fələstinlilər evlərini tərk etməyə məcbur edilir, çox sayda insan saxlanılır və bölgələrdə axtarışlar aparılır.

İsrail ordusu, 29 noyabrda çəkildiyi Qərb Şəriyənin şimalındakı Tubas şəhəri və şəhər yaxınlığındakı Akaba qəsəbəsinə yenidən hərbi əməliyyat həyata keçirib. Şahidlərin verdiyi məlumata görə, Tubas və Akaba bölgələrinə çox sayda hərbi birləşmə ilə daxil olan İsrail ordusu, şəhərin və qəsəbənin küçələrinə yerləşib. Tubas və Akaba bölgələrində ikinci bir elan verilənədək küçəyə çıxma qadağası tətbiq olunub. Hərbi buldozerlər isə Tubasda yolları bağlamağa başlayıb.

İsrail ordusu, qüvvədə olan atəşkəsə baxmayaraq, gecə boyunca işğal altında saxladığı Qəzza bölgələrinə həm hava, həm dəniz, həm də quru hücumları ilə intensiv bombardman edib. İsrail qüvvələri Qəzzanın şimalındakı Beyt Lahiya və Bureyc Mülteci Kampı, cənubdakı Refah şəhəri, Xan Yunusun şərqindəki Karara və Beni Suheyla bölgələrini hədəf alıb. Təyyarələr Şucaiyye və Tubas məhəllələrinə hava zərbələri endirib, zirehli birliklər Zeytun Məhəlləsinin şərqini atəşə tutub. Dəniz qüvvələri sahil boyu hədəfləri bombalayıb.

20 il əvvəl olduğu kimi, bu gün də çevrəmizdəki böhran və zülmlərə qarşı məsuliyyət götürür, asan yolu deyil, çətin olanı seçərək barış, ədalət və sabitlik üçün əlimizi daşın altına qoyuruqTürkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Vatikan Dövlət Başçısı Papa 14. Leo ilə görüşdən sonra çıxış edərək, Türkiyənin bölgədə və dünyada barış, ədalət və insan hüquqları sahəsində aktiv rol oynadığını vurğulayıb.

İsrail ordusu, atəşkəsə baxmayaraq, Qəzza şəhəri və ətrafındakı Xan Yunus və Rəfah bölgələrinə hava hücumları həyata keçirib, yaşayış binalarını partladıb. Yerli mənbələrin verdiyi məlumata görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin şərqindəki Tubas məhəlləsinə hücumlar təşkil edib. Eyni vaxtda İsrail əsgərləri bölgədəki binaları havaya uçurub. Partlayış səsləri şəhərin bir çox hissəsindən eşidilib. Görgü şahidlərinin məlumatına görə, Xan Yunusun şərqindəki Beni Suheyla qəsəbəsi və Rəfahın bəzi bölgələrinə də hava hücumları edilib və yaşayış binaları partladılıb. Bundan əlavə, bu ərazilərə İsrail ordusuna aid helikopterlərdən və yaxınlıqdakı hərbi vasitələrdən intensiv atəş açılıb.

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 10 fələstinli həyatını itirib. 7 oktyabr 2023-cü ildə başlayan hücumlar nəticəsində ölənlərin ümumi sayı 69 min 785 nəfərə, yaralıların sayı isə 170 min 965 nəfərə yüksəlib. Qəzza Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, son sutkada İsrailin hücumları nəticəsində 8-i dağıntılar altından çıxarılan olmaqla ümumilikdə 10 nəfərin cəsədi xəstəxanalara çatdırılıb.

Qəzza Zolağında iki ilə yaxın davam edən müharibə dövründə İsrail ordusunun “insani yardım” adı altında yaradılan paylama mərkəzlərində 2 min 614 fələstinlini öldürdüyü bildirilib. İsrail və ABŞ tərəfindən yönləndirilən Qəzza Humanitar Yardım Fondu (GHF) dünən fəaliyyətlərini dayandırdığını açıqladıqdan sonra, Qəzza Səhiyyə Nazirliyinin Baş direktoru Münir əl-Burş mövzu ilə bağlı bəyanat yayıb. Burş bildirib ki, yardım bölgələri əslində “ölüm tələsi”nə çevrilib və bu çərçivədə 2 min 614 nəfər döyüş meydanında deyil, qida və su tapmağa çalışdıqları vaxt öldürülüb.

Atəşkəsə baxmayaraq Qəzza şəhərinin şərqindəki yaşayış binalarını partladaraq dağıdan İsrail ordusu, Xan Yunis şəhərinin şərq bölgələrinə də hücum həyata keçirib. Şahidlərinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza şəhərinin şərqində yerləşən Şucaiyyə məhəlləsində işğal etdiyi ərazilərdə çox sayda binanı partladaraq yerlə-yeksan edib. İsrail əsgərləri həmçinin Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərq bölgələrini artilleriya atəşi ilə bombalayıb.

Fələstinin BMT-dəki Daimi Nümayəndəsi Riyad Mansur bildirib ki, atəşkəsdən sonra İsrail Qəzzada hər gün 2 uşağı öldürməyə davam edir. O, BMT Təhlükəsizlik Şurasında Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirilən iclasda çıxış edərək bildirib. “Qəzzada atəşkəsin qüvvəyə minməsindən (10 oktyabr) bəri hər gün 1000 insanın ölməsi və ya yaralanmasını, hər gün 2 uşağın həyatını itirməsini, soyqırımdan sağ çıxanların hər gün ölüm və əzabdan qaçmağa məhkum edilməsini, evlərindən didərgin salınan ailələrin su altında qalan çadırlarda qışı keçirməsini heç bir şəkildə əsaslandırmaq mümkün deyil.” - deyə o qeyd edib.

İsrail ordusu Qəzzanın Şimalında atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlar nəticəsində 4 nəfər həlak olub. Qəzza Şimalındakı Nəsir Xəstəxanasının açıqlamasına görə, İsrail ordusu Xan Yunus şəhərinin Bəni Suheyla bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hücumdan sonra xəstəxanaya 2 nəfərin meyiti gətirilib.