#Qəzzada humanitar böhran

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Qəzza zolağını idarə etmək niyyətində deyil və bu ərazinin nəzarətini bölgədə təhlükə yaratmayan və yerli əhaliyə yaxşı həyat təmin edə biləcək ərəblərdən ibarət qüvvələrə vermək istəyir. Bu barədə Netanyahu Netanyahu “Fox News” telekanalına müsahibəsində danışıb.

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş "X" sosial media hesabında bir paylaşımda Qəzzada aclıqdan ölənlərlə bağlı məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, son 24 saatda biri uşaq olmaqla daha 4 fələstinli aclıqdan ölüb. Bununla da ölənlərin sayı 197-yə çatıb.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə bu səhər saatlarından bəri həyata keçirdiyi hücumlarda, aralarında qadın və uşaqların da olduğu 17 fələstinli həyatını itirib. Qəzzaya tətbiq etdiyi blokadanı sərtləşdirərək yardım girişini məhdudlaşdırmaqla humanitar fəlakətə səbəb olan İsrailin hədəfində yenə yardım almaq istəyən mülki şəxslər vardı. Səhiyyə mənbələri və hadisə şahidlərindən əldə edilən məlumatlara görə, İsrail ordusunun Qəzza şəhərində yerləşən Şati Qaçqınlar Düşərgəsində bir evi bombalaması nəticəsində biri qadın, biri uşaq olmaqla 3 fələstinli həyatını itirib.

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza Zolağına təşkil etdiyi hücumlarda 19 minə yaxın müəllim və tələbənin həyatını itirdiyi bildirilib. Fələstin Təhsil və Ali Təhsil Nazirliyi 7 oktyabr 2023-dən 5 avqust 2025-ə qədərki dövrdə baş vermiş İsrail hücumlarının təhsil sektorunda yaratdığı dağıntılar, ölüm və yaralanmalarla bağlı hesabat yayıb. Hesabata görə, İsrailin işğal altında olan Fələstin torpaqları və Qətliamın baş verdiyi Qəzza Zolağındakı hücumlarda 18 min 685 müəllim və tələbə həyatını itirib, 32 min 399 nəfər isə yaralanıb.

Qəzza zolağında İsrail ordusunun təhlükəli yola yönləndirdiyi humanitar yardım yük maşını yemək almağa çalışan fələstinlilərin üzərinə aşıb. Hadisə nəticəsində 20 nəfər ölüb, çox sayda insan yaralanıb. Qəzza hökumətinin media ofisi İsrailin yardımların bölgəyə girişini məhdudlaşdırmasının humanitar böhranı dərinləşdirdiyini və xaos yaratdığını bildirib

Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı baş direktoru Munir əl-Burş sosial şəbəkədə Qəzzada aclıqdan ölənlərin ölümü ilə bağlı məlumat paylaşıb. Son 24 saatda biri uşaq olmaqla daha 8 fələstinli aclıqdan ölüb, bununla da Qəzzada ölənlərin sayı 94-ü uşaq olmaqla 188-ə çatıb.

İsrail parlamentində (Knesset) müxalifətdə təmsil olunan Ortaq Siyahı Partiyasının millət vəkili Ofer Kassif, Qəzza zolağında İsrailin soyqırım törətdiyinə dair açıqlamanı səsləndirdiyi üçün parlament kürsüsündən zorla uzaqlaşdırılıb. Hadisə, Kassifin dünən axşam parlamentdə etdiyi çıxış zamanı baş verib. O, çıxışının görüntüsünü sosial media hesabında paylaşaraq baş verənlərə sərt reaksiya verib.