Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin Qəzzaya hücumlarında 17 fələstinli həlak olub

    7 Avqust 2025 11:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Qəzzaya hücumlarında 17 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə bu səhər saatlarından bəri həyata keçirdiyi hücumlarda, aralarında qadın və uşaqların da olduğu 17 fələstinli həyatını itirib.

    AzerVoice xəbər verir ki, Qəzzaya tətbiq etdiyi blokadanı sərtləşdirərək yardım girişini məhdudlaşdırmaqla humanitar fəlakətə səbəb olan İsrailin hədəfində yenə yardım almaq istəyən mülki şəxslər vardı.

    Səhiyyə mənbələri və hadisə şahidlərindən əldə edilən məlumatlara görə, İsrail ordusunun Qəzza şəhərində yerləşən Şati Qaçqınlar Düşərgəsində bir evi bombalaması nəticəsində biri qadın, biri uşaq olmaqla 3 fələstinli həyatını itirib.

    Şəhərin şimalındakı Şeyx Rıdvan məhəlləsində İsrail ordusunun bir evi hədəfə alması nəticəsində biri yaşlı, ikisi qadın olmaqla 3 fələstinli həyatını itirib.

    Qəzzanın mərkəzində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsində İsrail ordusunun yenə bir evi hədəfə alması nəticəsində 2-si uşaq olmaqla 4 fələstinli həyatını itirib.

    Qəzzanın cənubundakı Xan Yunis şəhərində İsrail ordusunun bir evi bombalaması nəticəsində 5 fələstinli həyatını itirib.

    İsrail ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) Xan Yunisin Əl-Mevasi bölgəsində məcburi köçkünlərin çadırlarını hədəfə alması nəticəsində bir ana və qızı həyatını itirib.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın bərpası 2025 #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17
    XƏBƏR LENTİ

    Suriyalı investorların Türkiyəyə yatırımı 2 milyard lirəni keçib – ÖZƏL

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    Türkiyədə Rusiya kapitallı yeni şirkətlərin sayı artıb – ÖZƏL

    Qazaxıstanda ilk dəfə aerotaksi sınaqdan keçirilir

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

    Heç bir faktor İran-İraq bağlarını poza bilməz - Pezeşkian

    İsrail ordusu Qəzzada 12 futbolçunu öldürüb

    ABŞ Nümayəndələr Palatası 95 milyard dollarlıq paketi təsdiqləyib

    Rubio və Lavrov Manilada görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.