#İsrail və HƏMAS müharibəsi

Qəzza Mülki Müdafiə Xidməti cümə axşamı səhər saatlarında İsrail ordusunun bölgənin müxtəlif hissələrinə bir neçə hava zərbəsi endirdiyini təsdiqləyib. Bu hücumlar ABŞ prezidenti Donald Trampın İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasının əldə edildiyini elan etməsindən dərhal sonra baş verib. Frans Press agentliyinə açıqlama verən Qəzza Mülki Müdafiə Xidmətinin nümayəndəsi Məhəmməd əl-Muğayr bildirib: “Bu gecə Qəzzədə atəşkəs təklifinə dair razılaşma elan olunduqdan sonra bir neçə partlayış baş verib, xüsusilə Şimali Qəzza bölgəsində.”

BMT-nin Baş katibi Antonio Quterreş İsraillə HƏMAS arasında Qəzzada atəşkəs planının ilk mərhələsinin razılaşdırılmasını müsbət dəyərləndirib. BMT Baş katibinin sözçülüyü vasitəsilə yayılan yazılı açıqlamada Quterreş bildirib ki, ABŞ Prezidenti Donald Trampın təklifi əsasında əldə olunan razılaşma həm atəşkəsin təmin olunması, həm də girovların azad edilməsi baxımından mühüm addımdır.

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasına münasibət bildirərək, Amerika Birləşmiş Ştatlarının Qəzzada sülhün qorunması prosesinə fəal şəkildə qatılacağını bəyan edib.AzerVoice xəbər verir ki, bu haqda Tramp “Fox News” telekanalına verdiyi açıqlamada deyib.

İranın raket arsenalı İsrail üçün fövqəladə narahatlıq mənbəyidir və bu, yəhudi dövlətinin təhlükəsizlik baxımından bu təhdidi neytrallaşdırma ehtiyacını İranın nüvə məsələsini həll etməkdən daha təcili bir prioritet halına gətirə bilər. Tehran nüvə proqramının hərbi xarakter daşıyıb-daşımadığı barədə qəti qərar verilməsə də, Təl-Əviv onun dinc məqsədli olmadığını dəfələrlə bəyan edib.

HƏMAS Siyasi Bürosu sədrinin media müşaviri Tahir ən-Nunu bildirib ki, İsrail nümayəndə heyəti ilə aparılan dolayı danışıqlar zamanı atəşkəs və girov mübadiləsi razılaşması prosesində müsbət irəliləyişlər müşahidə olunur. Nunu açıqlamasında qeyd edib ki, Misirin Şarm əl-Şeyx şəhərində davam edən danışıqlarda HƏMAS nümayəndə heyəti “lazımi məsuliyyət və konstruktiv mövqe nümayiş etdirərək, razılaşmanın yekunlaşdırılması istiqamətində irəliləyiş əldə etmək üçün səylər göstərir.”

AzerVoice xəbər verir ki, Misirin Şarm əş-Şeyx şəhərində keçirilən və İsraillə Fələstin HƏMAS hərəkatı arasında müharibənin dayandırılmasını hədəfləyən ilk danışıqlar mərhələsi bazar ertəsi axşamı başa çatıb. Misir kəşfiyyatına yaxın “Al-Qahira News” telekanalının məlumatına görə, “HƏMAS və vasitəçilər arasında keçirilən ilkin müzakirələr müsbət atmosferdə yekunlaşıb” və görüşlər çərşənbə axşamı da davam edəcək.

HƏMAS-ın ABŞ prezidenti Donald Trampın Qəzza planına dair gözlənilməz cavabı Yaxın Şərqdə diplomatik dinamikanı alt-üst edib. Hərəkat “Trampın planında nəzərdə tutulan məhbus mübadiləsi formatı əsasında bütün israilli əsirləri azad etməyə hazır olduğunu” bəyan etməklə həm Qəzzadakı müharibənin gedişatına, həm də beynəlxalq münasibətlərə ciddi təsir göstərdi.

HƏMAS, İsrailin mühasirə və hücumları altındakı Qəzza zolağına humanitar yardım aparmaq üçün yola çıxan Əzm Flotiliyasına İsrail ordusunun hücumunu pisləyib. HƏMAS tərəfindən yayımlanan açıqlamada, İsrail ordusunun Qəzzaya yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyasındaki gəmilərə hücum etməsi, aktivistləri və jurnalistləri saxlaması "xəyanətkar hücum, quldurluq cinayəti və terror aktı" kimi qiymətləndirilib. Açıqlamada bildirilib ki, İsrail artıq 2 ildir Qəzzada soyqırım və aclıq siyasəti yürüdür və mühasirədə olan fələstinlilərə təcili humanitar yardım çatdırmaq üçün yola çıxan donanmadakı gəmilərə və beynəlxalq aktivistlərə hücum, "işğalçı İsrailin cinayətlər siyahısına əlavə olunub."