#2025 Türkiyə ixracat statistikası

2025-ci ilin iyun ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artaraq 3 milyard 316 milyon 913 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,9 faiz artaraq, 19 milyard 775 milyon 106 min dollar olub.

2025-ci ilin iyun ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,1 faiz azalaraq 800 milyon 797 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,2 faiz artaraq, 5 milyard 93 milyon 718 min dollar olub.

Bu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 203 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin iyun ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 7,9 faiz artaraq 20 milyard 515 milyon dollar, idxalı isə 15,2 faiz artaraq 28 milyon 688 min dollar olub.Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-iyun ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 131 milyard 408 milyon dollara, idxalı isə 7,2 faiz artaraq 180 milyard 845 milyon dollar olub.