İsveçrə hökuməti Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçiriləcək mümkün sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Xarici işlər naziri İqnazio Kassis bildirib ki, əgər Putin iştirak edərsə, ona rəsmi konfrans çərçivəsində toxunulmazlıq təmin ediləcək. Kassis vurğulayıb ki, İsveçrə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasına daxil olsa da, ölkə beynəlxalq hüquqa uyğun olaraq rəsmi sammitlərdə iştirak edən liderlər üçün xüsusi müdafiə mexanizmi tətbiq edir. O əlavə edib ki, bu toxunulmazlıq şəxsi səfərlər üçün deyil, yalnız rəsmi sülh danışıqları kontekstində qüvvədə olacaq.
#Rusiya-Ukrayna müharibəsi
Ukraynanın xarici işlər naziri Andrii Sybiha ABŞ, Rusiya və Ukrayna liderləri arasında aparılan danışıqların sülh prosesində mühüm dönüş nöqtəsinə çevrilə biləcəyini bildirib. Nazir sosial şəbəkədəki açıqlamasında ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə keçirilən görüşün sülh istiqamətində intensiv müzakirələrlə yadda qaldığını vurğulayıb. O, Rusiyanın hücumlarının davamlı sülh və təhlükəsizlik zəmanətlərinə ehtiyacı daha da ön plana çıxardığını qeyd edib.
ABŞ prezidenti Donald Trampın Oval Ofisdə Avropa liderləri ilə görüş zamanı çəkilən fotolar sosial mediada geniş müzakirələrə səbəb olub.
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Ukrayna ilə bağlı aparılan danışıqlarda nümayəndə heyətlərinin səviyyəsinin yüksəldilməsi barədə təklif verib.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa Ukraynaya təhlükəsizlik təminatları verməyə hazırdır. Tramp bu barədə Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb. Trampın sözlərinə görə, bu məsələdə ABŞ da dəstək göstərəcək, lakin yardımın konkret forması hələ açıqlanmayıb.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada atəşkəs sülh sazişinin imzalanması üçün məcburi şərt deyil, çünki tərəflər döyüşlər davam edərkən də razılaşma üzərində işləyə bilərlər. Bu barədə Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən deyib.
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı müharibəni bitirmək istədiyinə inandığını açıqlayıb. Tramp bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ağ Ev rəsmiləri Ukrayna prezidenti Volodimir Zelenskidən Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə görüşə kostyum və qalstukla gəlməsini xahiş ediblər. Bu tələb Ukrayna tərəfinə Ağ Evin protokol xidməti vasitəsilə çatdırılıb.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa Rusiyanı sülhə məcbur etməklə bağlı çağırış edib. u barədə Zelenski ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşdən sonra “Telegram” kanalında məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, bütün tənqidçilərinə baxmayaraq, Ukraynadakı böhrana son qoymaqda qətiyyətlidir. “Bütün qısqanc tənqidçilərimə baxmayaraq, mən bunun öhdəsindən gələcəyəm. Mən həmişə bunu etmişəm və indi də edəcəyəm” – deyə, o qeyd edib.
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfər edərək sülh danışıqlarına başlayıb. Hazırda o, Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqla görüş keçirir. ABŞ prezidenti Donald Tramp bugünkü görüşlə bağlı “Ağ Evdə böyük bir gündür. Daha əvvəl heç vaxt bu qədər çox Avropa lideri bir araya gəlməmişdi. Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik” - deyərək, tarixi zirvənin əhəmiyyətini vurğulayıb.
Almaniya kansleri Fridrix Mers ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.