“Hesab edirəm ki, qarşıdakı günlərdə girovların azad edilməsi ilə bağlı qismən razılığa gəlib-gəlməyəcəyimiz məlum olacaq. Əgər razılıq əldə olunmasa, döyüşlər fasiləsiz davam edəcək”- deyə, o qeyd edib.
#Humanitar fəlakət Qəzza
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün İstanbulda HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin başçılıq etdiyi HƏMAS heyəti ilə görüş keçirib.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzza zolağına səfər edib.
Bu gün bir daha açıq şəkildə bəyan edirəm: Qəzzada son əsrin ən dəhşətli soyqırımı törədilir. Qəzzada təkcə uşaqlar, körpələr deyil, insanlığa dair nə varsa yox edilir. Qəzza sakinləri “ərzaq paylama mərkəzi” adlandırılan qətliam mərkəzlərində həlak olurlar.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Qəzzada aclıqla mübarizə aparmaq məqsədilə xüsusi bir plan üzərində işləyir. Bu barədə Tramp "Axios" portalına verdiyi müsahibədə danışıb.
Almaniya Silahlı Qüvvələri Qəzza zolağına humanitar yardım məqsədilə hava nəqliyyatı ilə çatdırılma əməliyyatına start verib.
Almaniya, Fransa və İordaniya aclıq böhranı ilə üzləşən Qəzza zolağına ümumilikdə 34 palet və təxminən 14 ton yardım göndərib. Yardım əməliyyatı hava yolu ilə həyata keçirilib. Eyni zamanda, İnsan Haqları İzləmə Təşkilatı (Human Rights Watch) İsrailin hücumlarına əlavə olaraq aclığı da bir silah kimi istifadə etdiyini bəyan edib.
Son 24 saatda həyata keçirilən hücumlarda 83 fələstinli ölüb, 554 nəfər isə yaralanıb. Bu rəqəmlərlə birlikdə, martın 18-dən — İsrailin birtərəfli atəşkəsi pozduğu tarixdən bəri ölənlərin sayı 9 min 163-ə, yaralıların sayı isə 35 min 602-yə yüksəlib.
xəstəxana mənbələrinin verdiyi məlumata görə, Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində, İsrail pilotsuz təyyarəsinin köçkünlərin məskunlaşdığı çadırı hədəf alması nəticəsində 4 fələstinlinin həlak olduğunu, 4 nəfərin isə yaralandığını bildirib.
HƏMAS yazılı açıqlamasında “Qəzzada ehtiyacı olanlara yardım çatdırılarsa və dərinləşən humanitar böhran, aclıq aradan qalxarsa, dərhal atəşkəs danışıqlarına qoşulmağa hazırıq”
Sloveniya hökuməti baş naziri Robert Qolobun göstərişi ilə İsrailə silah ixracına, idxalına və Sloveniyadan İsrailə silah tranzitinə tam qadağa qoyulduğunu elan edib. Sloveniya İsraillə bütün silah ticarətini qadağan edən ilk Aİ ölkəsi olub
“Qəzzada insanlar hər gün aclıq içində yaşayır. Qadınlar, uşaqlar və kişilər sadəcə yemək tapmaq ümidi ilə həyatlarını itirirlər. Bu, dözülməz vəziyyətdir və dərhal dəyişməlidir.”- deyə o qeyd edib.