#Suriya hökuməti

Suriya Müdafiə Nazirliyi bildirib ki, vətəndaş müharibəsi zamanı Bəşşar Əsəd rejiminin dinc sakinlərə qarşı zorakılıqlarına etiraz edərək ordudan ayrılan zabitlər və hərbçilər istəsələr, vəzifələrinə bərpa olunacaqlar. Nazirlik yaxın günlərdə fərarilik edən gizirlər və digər hərbi qulluqçuların müraciətlərini qəbul etməyə başlayacaq.

Suriya Gömrük və Sərhəd İdarəsinin rəsmisi Əhməd Alluş, Bəşər Əsəd rejiminin devrilməsindən sonra sərhəd-keçid məntəqələrində aparılan modernləşmə işləri, narkotiklərlə mübarizə, eləcə də ölkənin ixrac-idxal potensialı barədə “Anadolu” agentliyinə müsahibə verib. Alluş bildirib ki, Türkiyə “azadlıqdan bu yana” Suriyaya göstərdiyi davamlı dəstək üçün minnətdarlıqla xatırlanır. Onun sözlərinə görə, iki ölkə arasında ticarət, nəqliyyat və sərhəd idarəçiliyi sahələrində sıx əməkdaşlıq aparılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən 41-ci İSEDAK Toplantısı Açılış Mərasimində Suriyanın bərpası ilə bağlı mühüm açıqlamalar verib. Ərdoğan, qonşu ölkənin ən qısa zamanda əvvəlki günlərinə qayıtmasının Türkiyə üçün əsas prioritet olduğunu vurğulayıb. “Qonşumuz Suriyanın yenidən ayağa qalxması, ən qısa zamanda əvvəlki günlərinə qayıtması əsas prioritetimizdir. Bu istiqamətdə İSEDAK çərçivəsində Suriyaya xüsusi dəstək proqramını da başladırıq.” - deyə Ərdoğan qeyd edib. Prezident son toplantıdan bu yana Yaxın Şərq və dünya üzrə tarixi hadisələrə şahidlik etdiklərini deyib. O, Suriya xalqının 14 il boyunca ağır itkilər verdiyini, Baas rejimi və terror təşkilatlarının hücumlarında təxminən 1 milyon suriyalının həyatını itirdiyini, milyonlarla insanın isə Türkiyə də daxil olmaqla digər ölkələrə köç etmək məcburiyyətində qaldığını xatırladıb. Ərdoğan Türkiyənin suriyalı qaçqınlara qonaqpərvərlik göstərdiyini və qardaşlıq borcunu yerinə yetirməyə çalışdığını bildirib.

Dünya Bankı Suriyada münaqişədən sonra yenidənqurma xərclərinin 216 milyard dollar olduğunu açıqlayıb. Bankın yayımladığı "Suriya Fiziki Zərər və Yenidənqurma Qiymətləndirilməsi 2011-2024" hesabatına görə, ölkədə 13 ildən çox davam edən münaqişə nəticəsində infrastruktur və binalara ciddi ziyan dəyib. Hesabatda qeyd edilir ki, Suriya münaqişə əvvəlki ümumi kapital ehtiyatının təxminən üçdə biri zərər görüb. İnfrastruktur ən çox zərər çəkən sahə olub və ümumi zərərin 48 faizini təşkil edir. Hələb, Dəməşq ətrafı və Homs bölgələri ən çox təsirlənən ərazilər kimi göstərilib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Hicaz Dəmir Yolu xəttinin yenidən işə salınması üçün ilk praktiki addımın atıldığını açıqlayıb. Nazir, Türkiyə, Suriya və İordaniya Nəqliyyat Nazirlikləri arasında keçirilən texniki görüş zamanı əldə olunan razılaşmalar barədə məlumat verib. Uraloğlu bildirib ki, Türkiyənin dəstəyi ilə Suriya Hicaz Dəmir Yollarına aid olan 30 kilometrlik yarımçıq üst quruluşun tamamlanması məsələsində razılıq əldə olunub. Eyni zamanda İordaniya tərəfi də lokomotivlərin təmiri və istismarı ilə bağlı texniki imkanları araşdıracaq.

Suriyada Xalq Məclisi üzrə Yüksək Seçki Komissiyası Xalq Məclisinə üzvlük seçkilərinin 5 oktyabr bazar günü keçiriləcəyini elan edib. Komissiyanın ABŞ mərkəzli Meta şirkətinə məxsus Facebook platformasındakı hesabında yayımlanan açıqlamada, seçki tarixinin hicri təqvimə görə 1447-ci ilin Rəbiül-axır ayının 13-nə, miladi təqvimə görə isə 2025-ci il 5 oktyabr tarixinə təsadüf edəcəyi bildirilib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə ilə Suriya arasında fasiləsiz beynəlxalq quru yol daşımalarının 13 ildən sonra yenidən başladığını bildirib. Uraloğlu verdiyi yazılı açıqlamada Türkiyə ilə Suriya arasındakı quru yolu daşımaları ilə bağlı məlumat verib. Uraloğlu iki ölkə arasında daşımaların bir müddətdir fasiləli şəkildə həyata keçirildiyini xatırladıb.

Suriyanın şimalındakı İdlib vilayətində səbəbi hələ müəyyən edilməmiş partlayışlar nəticəsində 2 mülki şəxs həyatını itirib. Suriya dövlət televiziyası Əl-İhbariyyə, İdlib ətrafında güclü partlayış səslərinin eşidildiyini bildirib. Partlayışların mənbəyi və xarakteri müəyyənləşdirilməyə çalışılır. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və onu müşayiət edən nümayəndə heyəti Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. Səfər çərçivəsində Şeybani həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşüb.