Dünən Türkiyə üzrə 81 vilayətdə eyni vaxtda miqrant qaçaqçılığı təşkilatçıları və qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, həyata keçirilən yoxlamalar zamanı 132-si xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 169 qaçaqçılıq təşkilatçısı saxlanılıb. Eyni zamanda, 430,454 nəfərin şəxsiyyət yoxlanışı aparılmış və 783 qeyri-qanuni miqrant aşkar edilərək saxlanılıb.
#Ali Yerlikaya
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya ölkə üzrə keçirilən kiber cinayət əməliyyatlarında 61 şübhəlinin saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya X sosial media hesabında yayımladığı açıqlamada bildirib ki, Erzurum, Ankara, Van, Şanlıurfa, Ordu, Kahramanmaraş, Sinop, Ağrı və Giresun mərkəzli əməliyyatlarda, ümumilikdə 200 milyon lirəlik maliyyə dövriyyəsinə malik kiber şəbəkə çökdürülüb.
Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, əməliyyat nazirliyinin İnterpol‑Europol Dairəsi, Narkotik Cinayətlərə Qarşı Mübarizə və Kəşfiyyat İdarələri, BƏƏ təhlükəsizlik qurumları və İstanbul Baş Polis İdarəsinin birgə koordinasiyası ilə həyata keçirilib.
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya ölkə üzrə beş əyalətdə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində “dələduzluq və informasiya sistemlərindən istifadə edərək qumar oynanmasına şərait yaratmaq” cinayətlərinə görə 28 nəfərin saxlanıldığını, onlardan 16-nın həbs edildiyini bildirib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkə üzrə kiber cinayətlərə qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 567 nəfərin saxlanıldığını, onlardan 209 nəfərin məhkəmə qərarı ilə həbs edildiyini bildirib. Nazir sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, 37 vilayətdə həyata keçirilən əməliyyatlar “onlayn uşaq müstəhcənliyi və təcavüzü”, “müxtəlif növ dələduzluq” və “qanunsuz mərc oyunları” kimi cinayətləri əhatə edib.
Oktyabrın 2-də Marmara Dənizinin açıq sularında 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Tekirdağ şəhər mərkəzi və rayonlarında, həmçinin İstanbul və ətraf əyalətlərdə hiss olunub. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya zəlzələ ilə bağlı sosial şəbəkədə, açıqlamasında bildirib ki, Fəlakət və Təcili Vəziyyətlər İdarəsi (AFAD) və əlaqədar qurumların bütün briqadaları sahə yoxlamalarına başlayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, 8 dekabr 2024-cü ildən bu günə qədər 509 min 387 suriyalının könüllü şəkildə vətəninə döndüyünü açıqlayıb. Nazir Yerlikaya sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, Türkiyə könüllü geri dönüş prosesində də suriyalıların yanında yer alır. Onun sözlərinə görə, Suriyadakı vəziyyətin dəyişməsi könüllü qayıdışların sürətlənməsinə səbəb olub. Yerlikaya qeyd edib ki, 2016-cı ildən bəri ümumilikdə 1 milyon 249 min 390 suriyalı könüllü şəkildə vətəninə dönüb.
Türkiyədə son bir həftə ərzində 81 şəhərdə keçirilən əməliyyatlarda min 867 ədəd silah ələ keçirilib, 2 min 82 şübhəli isə hüquqi prosedurlara cəlb edilib. Yerlikaya açıqlamasında qanunsuz silah tədarükünün yalnız qanun pozuntusu olmadığını, eyni zamanda cəmiyyətin təhlükəsizliyinə ciddi təhdid olduğunu vurğulayıb.
İstanbul mərkəzli 19 şəhərdə keçirilən genişmiqyaslı əməliyyatla, xaricilərə saxta əmlak satışı yolu ilə Türkiyə vətəndaşlığı qazandıran cinayət şəbəkəsi çökdürülüb. Yerlikaya, təşkilat üzvlərinin “Cinayət törətmək məqsədilə təşkilat qurmaq, təşkilata üzv olmaq, miqrant qaçaqmalçılığı, cinayət yolu ilə əldə edilmiş əmlakı yuma, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması” kimi ittihamlarla araşdırıldığını vurğuladı.
Türkiyədə son beş gündə həyata keçirilən genişmiqyaslı əməliyyatlarda kiber cinayətkarlığa ağır zərbə vurulub. Rəsmi açıqlamada bildirilib ki, 18 şəhərdə həyata keçirilən əməliyyatlarda 170 şübhəli saxlanılıb, onlardan 55 nəfər barəsində həbs qərarı çıxarılıb.
Türkiyə jandarması tərəfindən son iki həftə ərzində keçirilən genişmiqyaslı antiterror əməliyyatlarında İŞİD terror təşkilatına üzv olmaqda, maliyyələşdirməkdə və təbliğat aparmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından paylaşım edib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş, İsrailin işğalçılıq və genişlənmə siyasətinə toxunaraq bildirib ki, son zamanlarda Cənubi Kiprdə müəyyən hərbi bazalara dəstək verilməsi və hərbi texnika və sursatların ora göndərilməsi Türkiyə tərəfindən diqqətlə və həssaslıqla izlənilir. Kurtulmuş bu fikirləri Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Daxili İşlər Naziri Dursun Oğuz və ŞKTC-dən gəlmiş yerli idarəetmə nümayəndələrin qəbulunda səsləndirib.