Türkiyədə son iki həftə ərzində aparılan genişmiqyaslı narkotik əməliyyatları çərçivəsində 1 ton 183 kiloqram narkotik maddə və 2 milyon 790 min ədəd həblər müsadirə edilib. Əməliyyatlar İstanbul, Ankara, İzmir, Adana, Qaziantep, Diyarbəkir, Antalya, Bursa, Mersin, Samsun və ümumilikdə 74 şəhərdə keçirilib.
#Ali Yerlikaya
Türkiyədə son 10 gündə kibercinayətlərə qarşı aparılan əməliyyatlarda ümumilikdə 364 nəfər şübhəli saxlanılıb. Saxlanılanlardan 125 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 94 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb. Digər şübhəlilər haqqında istintaq tədbirləri davam etdirilir.
Beynəlxalq səviyyədə qırmızı bültenlə axtarılan altı, milli səviyyədə axtarılan iki cinayətkar saxlanılaraq Türkiyəyə gətirilib. Beynəlxalq səviyyədə axtarılan şəxslər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan gətirilib. Onların müxtəlif cinayətlər - qəsdən adam öldürmə, uşaq istismarı, qanunsuz azadlıqdan məhrum etmə, saxta sənəd hazırlama, fırıldaqçılıq, qəsdən xəsarət yetirmə, yol-nəqliyyat hadisəsi nəticəsində ölüm və yaralanmaya səbəb olma, həmçinin narkotik maddələrin qaçaqmalçılığı və satışı ilə bağlı axtarıldığı bildirilib.
Türkiyənin 38 şəhərində son bir həftə ərzində aparılan əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan və təşkilata maliyyə dəstəyi göstərdiyi müəyyən edilən 161 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında açıqlama yayaraq, əməliyyatların detallarını ictimaiyyətlə bölüşüb.
Türkiyənin 81 şəhərində miqrant qaçaqmalçıları və qanunsuz miqrasiyaya qarşı aparılan əməliyyatlar nəticəsində 52 nəfər qaçaqmalçılıq təşkilatçısı ilə yanaşı 666 qeyri-qanuni miqrant saxlanılıb. Bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya X sosial media hesabından açıqlama verib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində FETÖ-yə qarşı aparılan əməliyyatların nəticələrini açıqlayıb. Nazirliyin məlumatına görə, saxlanılan şəxslərin FETÖ-nün hazırkı şəbəkəsi daxilində aktiv olduğu, gizli əlaqələr saxladığı, təşkilatın nəzarətindəki qurumlara maliyyə dəstəyi göstərdiyi və sosial media üzərindən təbliğat apardığı müəyyən edilib.
Ötən il dekabrın 8-dən sonra Türkiyədən ümumilikdə 474 min 18 suriyalı öz ölkələrinə geri qayıdıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir bildirib ki, Suriyada baş verən son hadisələrdən sonra könüllü geri dönüş prosesi sürətlənib. “2024-cü il dekabrın 8-dən sonra baş verən hadisələrlə birlikdə könüllü geri dönüşlər daha da artdı. Bu tarixdən etibarən 474 min 18 suriyalı geri qayıtdı. 2016-cı ildən bəri isə ümumilikdə 1 milyon 213 min 620 nəfər könüllü şəkildə ölkəsinə dönüb” – deyə, A. Yerlikaya qeyd edib.
Türkiyədə, saxta elanlarla vətəndaşları aldadan, internet üzərindən qumar oynadan və “investisiya məsləhətçiliyi” adı altında dələduzluq edən 34 şübhəli saxlanılıb. Yerlikaya əməliyyatların Ankara, Adana, Muğla və Edirne mərkəzli olmaqla, Mersin, Niğde, Gaziantep, Kocaeli, Bursa, İstanbul, Batman, Manisa, İzmir, Şanlıurfa, Kayseri, Diyarbakır və Denizli vilayətlərində jandarma tərəfindən həyata keçirildiyini açıqlayıb.
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya 81 vilayətdə miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində həyata keçirilən eyni vaxtlı əməliyyatlar zamanı 46 şübhəlinin saxlanıldığını açıqlayıb. nazir sosial media hesabında etdiyi paylaşımda bildirib ki, əməliyyatlar zamanı saxlanılan şəxslərdən 8-i əcnəbi vətəndaşdır. Saxlanılanların hamısının miqrant qaçaqmalçılığı şəbəkələrinin təşkilatçıları olduğu vurğulanıb. Ali Yerlikaya əməliyyatların icrasında iştirak edən Respublika Baş Prokurorluqlarını, Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin Miqrant Qaçaqmalçılığı ilə Mübarizə və Sərhəd Qapıları İdarəsini, vilayət polis idarələrini, əməliyyatlarda iştirak edən polis əməkdaşlarını və Göç İdarəsi rəsmilərini təbrik edib.
Türkiyədən öz ölkələrinə könüllü şəkildə geri dönən suriyalıların sayı 450 min 169 nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Yerlikaya qeyd edib ki, ötən ilin 8 dekabrından etibarən Suriyaya qayıdış müraciətləri artıb və həmin dövrdən indiyədək 450 min 169 nəfər könüllü şəkildə vətəninə dönüb.
İstanbulun Esenler və Bağcılar rayonlarında həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı polis əməkdaşları tərəfindən 750 min ədəd narkotik həb ələ keçirilib, 3 nəfər şübhəli saxlanılıb. Açıqlamada bildirib ki, əməliyyat zamanı hədəf olaraq 1 avtomobil və 4 ünvan müəyyənləşdirilib.
Sinop Baş Prokurorluğunun koordinasiyası ilə jandarma tərəfindən Sinop mərkəzli Mersin, Adana, Elazığ, Qaziantep və Hatay rayonlarında cinayətkar şəbəkəyə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib. Bildirilib ki, əməliyyat zamanı hesablarda 643 milyon TL dəyərində pul dövriyyəsi aşkar edilib. Əməliyyat nəticəsində şəbəkənin başçısı da daxil olmaqla 20 nəfər saxlanılıb. Onlardan 11-i barəsində həbs qərarı çıxarılıb, 9 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.