#Ali Yerlikaya

Türkiyənin 81 vilayətində miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyaya qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 9-u xarici vətəndaş olmaqla 29 təşkilatçı saxlanılıb. Yoxlamalar zamanı 434 min 295 nəfərin kimlik məlumatları yoxlanılıb və 687 qeyri-qanuni miqrant müəyyən edilərək tutulub. Miqrasiya İdarəsinin koordinasiyası ilə Polis İdarəsinin Miqrant Qaçaqmalçılığı ilə Mübarizə Baş İdarəsi, Sərhəd Xidmətinin Miqrant Qaçaqmalçılığı və İnsan Alveri ilə Mübarizə Baş İdarəsi və Sahil Mühafizəsi Komandanlığı tərəfindən ictimai əyləncə məkanları, yük maşını qarajları, avtobus terminalları, limanlar və ictimai nəqliyyat dayanacaqlarında geniş yoxlamalar aparılıb. Ümumilikdə 15 min 334 obyekt nəzarət altına alınıb.

Türkiyənin 45 vilayətində son iki həftə ərzində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 178 nəfər saxlanılıb. Onlardan 67-si həbs edilib, 48 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Digərlərinin istintaqı davam edir. Türkiyənin daxili işlər naziri ali Yerlikaya bildirib ki, əməliyyatlar Respublika Baş Prokurorluqları ilə Polis Baş İdarəsinin Terrorla Mübarizə (TEM), Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə (KOM) və Kəşfiyyat İdarələrinin koordinasiyasında, vilayət polis idarələrinin müvafiq şöbələri tərəfindən həyata keçirilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 41 əyalətdə eyni vaxtda keçirilən silah və sursat qaçaqmalçılığına qarşı əməliyyatlar barədə məlumat verib. Nazir sosial media hesabında paylaşdığı açıqlamada 135 nəfərin saxlanıldığını bildirib. Ali Yerlikayanın sözlərinə görə, Adana, Ərzincan və Van mərkəz olmaqla həyata keçirilən əməliyyatlar zamanı 95 ədəd lisenziyasız tapança, 3 min 116 ədəd pnevmatik tapançadan çevrilmiş odlu silah, 31 ədəd qeydiyyatsız ov tüfəngi, 2 ədəd əl bombası və 19 min 467 ədəd silah hissəsi ələ keçirilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, daxili qoşunlar tərəfindən yeddi vilayətdə aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində səkkiz mütəşəkkil cinayət şəbəkəsi zərərsizləşdirilib, ümumilikdə 64 nəfər saxlanılıb. Nazir sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, bu əməliyyatların əsas məqsədi şəhərlərin təhlükəsizliyini və vətəndaşların rahatlığını təmin etməkdir.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, kibercinayətlərlə mübarizə çərçivəsində 59 vilayətdə 10 gündür davam edən əməliyyatlarda 539 şübhəlinin saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya sosial media hesabında paylaşdığı açıqlamada, əməliyyatların Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Polis Baş İdarəsinin Kibercinayətlərlə Mübarizə İdarəsi və Mali Cinayətləri Araşdırma Şurası (MASAK) tərəfindən həyata keçirildiyini bildirib.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, Suriyada Əsəd rejiminin 8 dekabr 2024-cü ildə devrilməsindən sonra Türkiyədən öz ölkəsinə qayıdan Suriyalıların sayı 550 mini ötüb. Nazir qeyd edib ki, bu rəqəm yalnız son bir il ərzində həyata keçirilən geri dönüşləri əhatə edir. Ali Yerlikaya əlavə edib ki, 2016-cı ildən bəri könüllü, təhlükəsiz və nizamlı şəkildə Suriyaya qayıdan Suriyalıların ümumi sayı 1 milyon 290 min nəfərə çatıb. O, Türkiyənin köç və sığınacaq siyasətinin humanitar prinsiplərə əsaslandığını və məcbur durumda olanlara dəstək verdiyini vurğulayıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, FETÖ terror təşkilatına qarşı ölkə üzrə keçirilən əməliyyatlar nəticəsində 56 şübhəlinin saxlanıldığını, onlardan 50 nəfərin məhkəmənin qərarı ilə həbs olunduğunu açıqlayıb. Yerlikayanın sözlərinə görə, Ankara, İstanbul, İzmir də daxil olmaqla 31 şəhərdə jandarma qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar Respublika Baş Prokurorluqları və Jandarmanın Terrorla Mübarizə İdarəsinin (TEM) koordinasiyası ilə icra edilib.

Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya açıqlayıb ki, Sinop mərkəzli 6 vilayətdə keçirilən kiber cinayətlər əməliyyatlarında 32 şübhəli saxlanılıb, onlardan 30-u həbs edilib. Əməliyyatlar “cinayət törətmək məqsədilə təşkilat yaratmaq” və Futbol və Digər Bahis Yarışlarında Bahis və Şans Oyunlarının Tənzimlənməsi Qanununa zidd fəaliyyət ilə bağlı aparılıb. Saxlanılan şəxslərin hesablarında ümumilikdə 524,5 milyon TL-lik əməliyyat hərəkəti aşkar olunub.

Kocaeli vilayətinin Gebze rayonunun Güzeller məhəlləsində 7 mərtəbəli bina naməlum səbəbdən dağılıb. Hadisə yerinə çox sayda xilasedici briqada göndərilib. Nazir Yerlikaya dağılan bina ilə bağlı açıqlama verərək, dağıntılar altında ən az 5 nəfərin ola biləcəyini bildirib. Binada bir ailənin yaşadığı qeyd olunur və xilasedici qruplar dərhal xilasetmə işlərinə başlayıblar. Dağıntılar altındakı şəxslərin adları hələ məlum deyil, xilasetmə əməliyyatları intensiv şəkildə davam edir.