#Yaxın Şərq siyasəti

Iraqda İsrailə aid olduğu iddia edilən “gizli hərbi baza” ilə bağlı yayılan məlumatlar ölkədə geniş müzakirələrə və narahatlığa səbəb olub. ABŞ-nin “Wall Street Journal” nəşrində dərc olunan hesabatda İraqın Nəcəf və Nuxeyb səhralarında gizli İsrail bazasının mövcudluğu iddia edilib. Hesabat cəmiyyətdə narahatlıq yaradıb və hökumətdən rəsmi açıqlama verilməsi tələblərini artırıb.

İran Çin Prezidenti Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına yönəlmiş dörd maddəlik təşəbbüsünü dəstəklədiyini açıqlayıb. İranın Çindəki səfiri Əbdolreza Rəhmani Fəzli bildirib ki, Pekinin planı Fars körfəzi regionunda davamlı təhlükəsizlik və ortaq inkişaf məqsədi daşıyır. Məsələ İran və Çin xarici işlər nazirləri arasında keçirilən görüşdə də müzakirə olunub. Çin son dövrlərdə Yaxın Şərqdə diplomatik rolunu gücləndirməyə çalışır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü bildirib ki, Fələstin məsələsi Yaxın Şərqdə hələ də “prioritetlərin önündə” dayanır. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxış edən Misir lideri vurğulayıb ki, Fələstin məsələsinin həlli regional sabitliyin əsas şərti və ədalətli, hərtərəfli sülhün əldə olunması üçün mühüm təməl hesab olunur. Əs-Sisi ABŞ Prezidenti Donald Trampın Qəzzada İsrail–HƏMAS müharibəsini dayandıran atəşkəsin əldə olunması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirib. Qeyd edək ki, sözügedən atəşkəs ötən ilin oktyabr ayında əldə olunub.

Türkiyə Xarici İşlər naziri Hakan Fidan, Qətər Xarici İşlər Nazirliyinin ev sahibliyi edəcəyi 23-cü Doha Forumuna qatılmaq üçün Qətərə səfər edəcək. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, Fidan 6-7 dekabr tarixlərində 23-cü Doha Forumunda iştirak edəcək. Nazir Fidanın forum çərçivəsində 6 dekabrda “Bölünmə Dövründə Vasitəçilik” başlıqlı açılış sessiyasında və “Yaxın Şərqdə Təhlükəsizlik Arxitekturasının Formalaşması və Azərbaycanın Bölgədə Sabitlik Yaratmağa Yönəlmiş Fəaliyyətləri” mövzusunda müsahibə formatlı “newsmaker” sessiyasında çıxış etməsi nəzərdə tutulur.

İstanbulda 21 iyun 2024-cü il tarixində “Türkiye Cumhuriyeti Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Yardım və İnkişaf Agentliyi (UNRWA) arasında Ankara şəhərində UNRWA ofisinin yaradılmasına dair anlaşma” imzalanıb. Bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub. Anlaşmaya əsasən, Ankara şəhərində UNRWA-nın ofisi fəaliyyət göstərəcək və regional proqramların koordinasiyasını təmin edəcək. Bu addım həm Türkiyə ilə BMT arasındakı əməkdaşlığın güclənməsinə, həm də Fələstin qaçqınlarına göstərilən dəstəyin genişləndirilməsinə xidmət edəcək.

Pakistan hazırkı dövrdə beynəlxalq ictimaiyyəti Suriyaya dəstəyi davam etdirməyə çağıraraq, sanksiyaların yüngülləşdirilməsinin və bərpa səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb. BMT-də Pakistanın daimi nümayəndəsinin vəzifəsini icra edən Osman Cadun, Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, Suriyada keçirilən Xalq Məclisi seçkilərini alqışlayıb və bu seçkiləri “idarəetmə strukturlarının mərhələli şəkildə bərpası istiqamətində mühüm addım” adlandırıb.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza məsələsi onun təşəbbüsü ilə hazırlanmış Yaxın Şərq sülh planının yalnız bir hissəsidir və əsas məqsəd bölgədə davamlı sülhə nail olmaqdır. Tramp bu fikirləri İsrailə səfəri və Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammitində iştirakından sonra “Truth Social” platformasında paylaşdığı bəyanatda səsləndirib. “Qəzza yalnız missiyanın bir hissəsidir. Əsas məsələ Yaxın Şərqdə sülhü təmin etməkdir. İndi bölgə uğrunda çox çalışmış ölkələr birləşərək bu işi tamamlamaq məcburiyyətindədirlər,” – deyə Tramp qeyd edib.