İranın Rusiyadakı səfiri Kazem Cəlali təsdiqləyib ki, bu həftə İran və Rusiya prezidentləri Türkmənistanda görüş keçirəcək. Masud Pezeşkian və Vladimir Putin Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunun çərçivəsində danışıqlar aparacaqlar.
#İkitərəfli münasibətlər
Livanın xarici işlər naziri Yusif Raci İranın xarici işlər naziri Abbas Əraqçinin Tehrana səfər dəvətini geri çevirib və görüşün üçüncü, neytral ölkədə keçirilməsini təklif edib. Nazir bildirib ki, İranla hər hansı yeni diplomatik təmas Livanın suverenliyinə hörmət, daxili işlərinə qarışmamaq və dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq prinsiplərə əməl olunması kimi əsas meyarlara dayanmalıdır.
Zakir Həsənov Özbəkistan nümayəndə heyəti ilə görüşüb
Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman çərşənbə axşamı Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı aparıb. Liderlər ölkələri arasında ikitərəfli münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran məsələlər, təhlükəsizlik və sabitliyin təşviqi, eləcə də Suriyada iqtisadi bərpanın dəstəklənməsi istiqamətində göstərilən səylərə toxunublar.
Şavkat Mirziyoyev Pərviz Şahbazovu qəbul edib.
Mikayıl Cabbarov Oleq Korobçenko ilə görüşüb.
Türkiyə Xarici İşlər naziri Hakan Fidan, Qətər Xarici İşlər Nazirliyinin ev sahibliyi edəcəyi 23-cü Doha Forumuna qatılmaq üçün Qətərə səfər edəcək. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, Fidan 6-7 dekabr tarixlərində 23-cü Doha Forumunda iştirak edəcək. Nazir Fidanın forum çərçivəsində 6 dekabrda “Bölünmə Dövründə Vasitəçilik” başlıqlı açılış sessiyasında və “Yaxın Şərqdə Təhlükəsizlik Arxitekturasının Formalaşması və Azərbaycanın Bölgədə Sabitlik Yaratmağa Yönəlmiş Fəaliyyətləri” mövzusunda müsahibə formatlı “newsmaker” sessiyasında çıxış etməsi nəzərdə tutulur.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fələstin Prezidenti Mahmud Abbası rəsmi səfər çərçivəsində ölkəsinə dəvət edib. Qazaxıstan Prezident Aparatının açıqlamasına görə, Tokayev paytaxt Astanada danışıqlar aparan Fələstin Prezidentinin müşaviri və Ali Məhkəmənin hakimi Mahmud Habaşı qəbul edib. Akorda Prezident Sarayında keçirilən görüşdə Tokayev Qazaxıstan və Fələstin arasında münasibətlərin dostluq, qarşılıqlı dəstək və hörmət ruhunda inkişaf etdiyini bildirib.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Almaniya Xarici İşlər Naziri Yohann Vadepul ilə görüşüb. Bu, Fidanın Almaniyaya ilk ikitərəfli səfəri olub. Görüş çərçivəsində Nazir Fidan Almaniyadakı türk icması və iş adamları ilə görüşüb, həmçinin Almaniya tərəfi ilə siyasi, iqtisadi və müdafiə əməkdaşlığını müzakirə edib. Gündəmin əsas mövzuları arasında Türkiyə–Avropa İttifaqı münasibətləri, Gömrük Birliyinin yenilənməsi, viza sərbəstisi və enerji–nəqliyyat sahələrində əməkdaşlıq yer alıb.
İranın Xarici İşlər Naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın mövqeyi səbəbindən İranın nüvə proqramı ilə bağlı tarazlı və ədalətli danışıqlar prosesi hazırda mümkün deyil. Cümə axşamı axşamı verdiyi açıqlamalarda Əraqçi Fransaya səfərinin məqsədləri və nəticələri barədə danışıb. O deyib ki, Parisə səfər İranın Fransa ilə ikitərəfli münasibətlər, regional məsələlər, nüvə mövzuları və Ukrayna kimi Avropa məsələləri də daxil olmaqla müxtəlif sahələrdə apardığı məsləhətləşmə və fikir mübadiləsinin davamıdır.
Bakıda Azərbaycan və İordaniya arasında iclas keçirilir.
Livan və Cənubi Kipr Rum İdarəsi (GKRY) arasında dəniz səlahiyyət sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi barədə anlaşma imzalanıb. İmzalanma mərasimi başkənd Beyrutdakı Baabda Sarayında keçirilib. Tədbirdə Livan Prezidenti Cozef Aun, GKRY lideri Nikos Hristodulidis və Livan Bayındırlıq və Nəqliyyat Naziri Fayiz Rasamini iştirak ediblər. Mərasimdən sonra birgə mətbuat konfransında çıxış edən Aun, anlaşmanın imzalanmasından məmnunluğunu ifadə edib. O bildirib ki, bu razılaşma sayəsində Livan və Cənubi Kipr Rum İdarəsi dəniz resurslarını kəşf etmək və bu sahədə ortaq əməkdaşlığı genişləndirmək imkanına sahib olacaq.