Almaniya, Fransa və İordaniya aclıq böhranı ilə üzləşən Qəzza zolağına ümumilikdə 34 palet və təxminən 14 ton yardım göndərib. Yardım əməliyyatı hava yolu ilə həyata keçirilib. Eyni zamanda, İnsan Haqları İzləmə Təşkilatı (Human Rights Watch) İsrailin hücumlarına əlavə olaraq aclığı da bir silah kimi istifadə etdiyini bəyan edib.
#Qəzza münaqişəsi
Son 24 saatda həyata keçirilən hücumlarda 83 fələstinli ölüb, 554 nəfər isə yaralanıb. Bu rəqəmlərlə birlikdə, martın 18-dən — İsrailin birtərəfli atəşkəsi pozduğu tarixdən bəri ölənlərin sayı 9 min 163-ə, yaralıların sayı isə 35 min 602-yə yüksəlib.
xəstəxana mənbələrinin verdiyi məlumata görə, Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində, İsrail pilotsuz təyyarəsinin köçkünlərin məskunlaşdığı çadırı hədəf alması nəticəsində 4 fələstinlinin həlak olduğunu, 4 nəfərin isə yaralandığını bildirib.
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun cümə günü Qəzza zolağına səfəri planlaşdırılır.
İtaliyadan Qəzza zolağına humanitar yardım göndərmək məqsədilə yola çıxan və İsrail donanması tərəfindən saxlanılaraq Aşdod limanına gətirilən Hanzala gəmisindəki bütün fəallar azadlığa buraxılıb.
İsrailin soyqırım siyasətinə qarşı Afrikadan da güclü reaksiyalar gəlib. Bu faciəyə heç kim səssiz qala bilməz. Əsas prioritetimiz Qəzzaya humanitar yardımların çatdırılmasıdır. Fələstin dövlətinin tanınmasına yönəlmiş bütün addımları məmnuniyyətlə qarşılayırıq
İsrail ordusunun Qəzzanın Sudaniyyə bölgəsində həyata keçirdiyi hücum nəticəsində ölənlərin sayı artıb. Bu haqda Fələstin Hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qəzzadakı vəziyyət davam etdirilə bilməyəcək bir hal alıb. Bunu İtaliyanın Baş naziri Corcia Meloni İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı deyib.
Məlumatda 401-ci Zirehli Briqadanın ehtiyatda olan əsgəri Roi Vasserşteyn (24) dünən “xidməti zamanı aldığı dəhşətli travmadan” sonra intihar etdiyi bildirilib.
AzerVoice xəbər verir ki, İsrail mətbuatında yer alan iddialara görə, baş nazir Benyamin Netanyahu, koalisiya ortağı və milli təhlükəsizlik naziri İtamar Ben-Qviri hökumətdə saxlamaq üçün Qəzza zolağındakı fələstinlilərin deportasiya planını gündəmə gətirib.
İsveçin Beynəlxalq İnkişaf və Xarici Ticarət naziri Benjamin Dousa, Qəzzaya humanitar yardımın qarşısının alınması səbəbilə İsrailin ifrat sağçı nazirlərinə qarşı sanksiyalar tətbiq edilməsinin zəruriliyini bildirib.
AzerVoice xəbər verir ki, X sosial media hesabında yayımladığı videomüraciətdə senator Sanders Qəzzada davam edən humanitar böhranla bağlı kəskin açıqlamalar verib.