#Regional təhlükəsizlik

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Xarici işlər nazirləri regional hadisələri müzakirə edib, ixtilafların dialoq və diplomatik yollarla həll edilməsinin zəruriliyini vurğulayıblar. Onlar həmçinin regionda təhlükəsizlik və sabitliyin qorunması istiqamətində göstərilən səyləri nəzərdən keçiriblər.

ABŞ Dövlət katibi Marko Rubio İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığında İraqdakı təhlükəsizlik vəziyyəti və siyasi proseslərlə bağlı məsələləri müzakirə edib. ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Rubio Sudani ilə telefon əlaqəsi saxlayıb. Görüş zamanı Rubio Suriyanın şimal-şərqində son vaxtlar yaranmış qeyri-sabitlikdən sonra İŞİD terror təşkilatı üzvlərinin İraqdakı təhlükəsiz obyektlərə köçürülməsi və orada saxlanılması istiqamətində İraq hökumətinin təşəbbüsünü və liderliyini təqdir edib.

Suriyanın şərqində – Rakka, Deyr əz-Zor və Həsəkə xəttində baş verən son hadisələr bir daha göstərdi ki, bölgədə silahlı gücdən daha vacib olan faktor sosial legitimlik və yerli dayaqlardır. Suriya Ordusunun YPG/SDG-yə qarşı apardığı əməliyyatların qısa müddətdə nəticə verməsinin əsas səbəbi məhz Ərəb qəbilələrinin açıq şəkildə Dəməşqin yanında yer alması oldu. Bu proses təkcə hərbi əməliyyat kimi deyil, regional siyasi düzənin yenidən formalaşması baxımından oxunmalıdır.

Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətindəki ermənilərin sosial şəbəkələrdə yayılan video ilə diqqət çəkib. Video görüntülərdə özlərini “SDG ilə birgə Suriuya ordusuna qarşı vuruşacağıq” deyə təqdim edən qrup, regional təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb. Yayımlanan görüntülərdə qrupun üzvləri müxtəlif silahlı fəaliyyətlərdə iştirak etdiklərini iddia edir.

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı baş tutub. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, liderlər regiondakı mövcud vəziyyəti və gərginliyin azaldılması yollarını müzakirə ediblər. Məsud Pezeşkiyan ölkəsindəki daxili vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə rusiyalı həmkarına məlumat verib. Tərəflər bölgədəki problemlərin yalnız siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyi barədə həmrəy olduqlarını vurğulayıblar.

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı zamanı bölgədəki son hadisələri dəyərləndirib. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, telefon danışığı zamanı regional sabitliyin qorunması yolları ətrafında fikir mübadiləsi aparılıb. Abbas Əraqçi ilə söhbətində Hakan Fidan mövcud gərginliklərin aradan qaldırılması üçün diplomatik müzakirələrin və dialoqun vacibliyini diqqətə çatdırıb.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın rəsmi müraciəti olacağı halda Ankaranın lazımi dəstəyi göstərməyə hazır olduğunu bəyan edib. Açıqlamada Suriya ordusunun Hələb şəhərində başladığı antiterror əməliyyatına da toxunulub. Bildirilib ki, terror təşkilatlarının mülki əhali və təhlükəsizlik qüvvələrini hədəfə alması nəticəsində 4 nəfər həlak olub, 18 nəfər yaralanıb. Bu səbəbdən Suriya hökuməti ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyata başlayıb.

İranın İraqdakı hərbi attaşesi, general mayor Məcid Qolipur, və İraqın Milli Təhlükəsizlik müşaviri Qasim əl-Əracı sərhəd nəzarəti, qaçaqmalçılıqla mübarizə və regional təhlükəsizlik və sabitliyin təmin edilməsi mövzusunda əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər. General mayor Qolipur çərşənbə günü İraqın paytaxtı Bağdadda əl-Əracı ilə görüşüb. Bu barədə məlumat İraq Xəbər Agentliyi (INA) tərəfindən Milli Təhlükəsizlik Müşavirinin mətbuat xidməti vasitəsilə verilib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen bu həftə Suriya və Livana səfər edəcək. Avropa Komissiyasının sözçüsü Paula Pinyonun açıqlamasına əsasən, von der Leyenin Suriyaya səfəri Bəşşar Əsədin hakimiyyətdən getməsindən sonra Avropa İttifaqı rəhbərinin bu ölkəyə ilk rəsmi səfəri olacaq. Məlumata görə, səfər von der Leyenin Yaxın Şərq turunun bir hissəsidir. Tur çərçivəsində Avropa Komissiyasının sədri həmçinin İordaniyaya da səfər edəcək.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin inkişafını, həmçinin regionda və beynəlxalq aləmdə baş verən əsas prosesləri müzakirə ediblər. Nazirlər siyasi məsləhətləşmələrin davam etdirilməsinin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin ortaq maraqlara və regional sabitliyə töhfə verəcəyini vurğulayıblar.