#İsrailin Hizbullah ittihamları

İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.

O bildirib ki, Hizbullah atəşkəs razılaşmasının bütün bəndlərinə əməl edib və İsrailə qarşı heç bir pozuntu qeydə alınmayıb. Brakın təkliflərinin Livanın hərbi gücünü əlindən almağı və ordunun effektiv silaha sahib olmasının qarşısını alacağını deyən Qasim, ABŞ təmsilçisinin hətta əl qumbaraları və minaatanlar kimi sadə silahların da 30 gün ərzində təhvil verilməsini istədiyini açıqlayıb.

Livanın Xristian müxalifət lideri Samir Caca Hizbullahı Livanı yüz il geriyə aparmaqda ittiham edib. Onun bu açıqlaması, hökumətin avqustun 6-da keçirəcəyi və “silah üzərində dövlətin inhisarını təmin edəcək icra mexanizmini” təsdiqləməyi hədəfləyən mühüm iclas ərəfəsində verilib. Hizbullah isə bildirib ki, silahı yerə qoymaq Livanı İsrailə təslim etmək deməkdir. Livanın kənd təsərrüfatı naziri Nizar Hani yerli radioya açıqlamasında deyib ki, bu iclas prezident Cozef Aunun andiçmə nitqində qoyduğu əsas prinsiplərə uyğundur. Həmin nitqdə silahın yalnız dövlətə məxsus olması üçün müddət təyin olunmuşdu. Hani əlavə edib ki, bu məsələ hökumət daxilində geniş siyasi razılıqla qarşılanır və Hizbullahla Amal hərəkatı da daxil olmaqla heç bir tərəf iclası boykot etməyəcək.