#Qəzza hücumu

Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun atəşkəsin qüvvəyə minməsindən sonra da davam edən hücumları nəticəsində 23 fələstinlinin həlak olduğunu, 122 nəfərin isə yaralandığını açıqlayıb. Nazirliyin məlumatına görə, İsrail ordusunun atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 381 nəfər dağıntılar altından çıxarılıb. Qəzza zolağında hələ də minlərlə insanın dağıntılar altında qaldığı bildirilir.

Qəzzadakı hökumət, İsrailin iki il ərzində həyata keçirdiyi intensiv hava və quru hücumlarının bölgəni “ən böyük humanitar fəlakət”lə üz-üzə qoyduğunu açıqlayıb. Hökumətin Media Ofisinin məlumatına görə, İsrailin hücumları nəticəsində Qəzza zolağında 70 milyon tonadək dağıntı qalıb. Açıqlamada həmçinin bölgədə 20 min partlamamış sursatın təhlükə yaratdığı və onların zərərsizləşdirilməsi üçün xüsusi təlim keçmiş beynəlxalq ekspert qruplarına ehtiyac olduğu vurğulanıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri, ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq müşahidə qüvvəsində yer alıb-almayacağı ilə bağlı açıqlama yayıb. Nazirlik bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) sülhün bərqərar edilməsi və qorunması sahəsində böyük təcrübəyə malikdir və üzərinə düşəcək hər cür vəzifəni yerinə yetirməyə hazırdır.

İsrail Müdafiə naziri İsrael Katsın ofisindən yayılan açıqlamaya görə, Kats çərşənbə günü ordunun Qəzza zolağında “HƏMAS”ı məğlub etməyə yönəlmiş hərtərəfli plan hazırlamasını tapşırıb. AzerVoice xəbər verir ki, müdafiə nazirinin bu qərarı ABŞ prezidenti Donald Trampın bu gün verdiyi bəyanatla eyni vaxta təsadüf edib. Tramp bildirib ki, əgər “HƏMAS” atəşkəs razılaşmasına əməl etməsə, İsrail baş naziri Benyamin Netanyahunun Qəzzada hərbi əməliyyatları bərpa etməsinə icazə verməyi nəzərdən keçirəcək.

İsrailin Ali Məhkəməsi çərşənbə günü axşam saatlarında Baş nazir Benyamin Netanyahu hökumətinə 2023-cü il 7 oktyabr hadisələrini araşdırmaq məqsədilə rəsmi istintaq komissiyası yaratmaq üçün bir ay müddətində vaxt verib. Bu qərar, müharibənin başa çatdığının elan edilməsindən sonra Netanyahunun qarşılaşdığı ilk ciddi daxili təzyiq kimi qiymətləndirilir.

İsrail, 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, Birləşmiş Millətlərin Fələstinli Qaçqınlara Yardım və İcra Agentliyi (UNRWA)-nın Qəzza zolağına humanitar yardım göndərməsinə artıq 7 aydan çoxdur ki, qoyduğu qadağanı davam etdirir. UNRWA, atəşkəsin ardından Qəzzaya göndərilən yardımların vəziyyəti ilə bağlı Anadolu Agentliyinin (AA) suallarını yazılı şəkildə cavablandırıb.

HƏMAS-ın Qəzzada saxladığı 4 israilli əsirin cənazəsini gecə saatlarında təhvil verməsinin ardından İsrailin, Qəzzanın dünyaya açılan qapısı hesab edilən Qəzza-Misir arasındakı Rəfah Sərhəd Keçidini bu gün atəşkəs razılaşmasına uyğun olaraq açacağı bildirilib. İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, İsrail hökuməti HƏMAS-a qarşı bu gün tətbiq ediləcəyini elan etdiyi sanksiyalardan imtina etmək qərarına gəlib.

BMT-nin İnkişaf Proqramının (UNDP) Fələstindəki xüsusi nümayəndəsi Jako Silliers bildirib ki, Qəzzədə yenidənqurma işlərinin maliyyə dəyərini müəyyənləşdirmək üçün BMT, Avropa İttifaqı (Aİ) və Dünya Bankı tərəfindən birgə həyata keçirilən IRDNA (Müvəqqəti Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi) təxminən 70 milyard dollara ehtiyac duyulduğunu proqnozlaşdırıb.

İsrail ordusunun Qəzza zolağında atəşkəs qüvvəyə minsə də, evlərinə qayıtmağa çalışan fələstinlilərə atəş açması nəticəsində 3 nəfər həlak olub. Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri Qəzzə şəhərinin şimalında, evlərinə dönmək istəyən mülki şəxsləri hədəf alıb. Məlumata əsasən, İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, şəhərin Əş-Şucaiyyə məhəlləsində evlərini görməyə gələn fələstinlilərə pilotsuz uçuş aparatlarından (PUA) atəş açıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib.