#Bakı Təşəbbüs Qrupu

Bakı Təşəbbüs Qrupu müstəmləkəçi ölkələrin işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri araşdırmağa davam edir. Qrupun araşdırmaları göstərir ki, ən qəddar və insanlıq adına ləkə olan cinayətlər Belçika kralları tərəfindən törədilmişdir. Belçika müstəmləkəçiliyi Avropa imperiyaları arasında yeganə şəxsi monarx mülkü olaraq tarixdə fərqlənir. Sistemli vəhşilik, irqi alçaltma və insan hüquqlarının pozulması bu müstəmləkəçilik modelini digər modellərdən kəskin fərqləndirmişdir. Bu qaranlıq səhifələrdən biri də “insan zooparkları”dır.

Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov Simon Bolivar İnstitutunun Xalqlar arasında Sülh və Həmrəylik Fondunun Prezidenti Blanka Qomesin dəvəti ilə iştirak etdiyi “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxış edib. Abbasov çıxışında Bakı Təşəbbüs Qrupunun (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəklədiyini, təşkilatın beynəlxalq ictimaiyyətə bu məsələlərin reallıqlarını çatdırmaq üçün geniş fəaliyyət göstərdiyini bildirib.

25 sentyabr 2025-ci il tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Fransanın dənizaşırı əraziləri — Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, beynəlxalq dekolonizasiya ekspertləri və Bakıda əsası qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edəcəklər.

31 Avqust - Beynəlxalq Afrika Mənşəli İnsanlar Günü kimi qeyd edilir. Bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilib və məqsədi Afrika mənşəli xalqların zəngin mədəni irsini, müxtəlif mədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri geniş ictimaiyyətə çatdırmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi ciddi problemlərə diqqət çəkmək, onların fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir. Avqustun 31-nin qeyd olunması təkcə Afrika mənşəli xalqların deyil, ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan əhəmiyyətli addımdır.