Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Qvadelup adasına həsr olunan konfransın yekun bəyanatı qəbul edilib

    25 İyun 2025 16:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qvadelup adasına həsr olunan konfransın yekun bəyanatı qəbul edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunan “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” beynəlxalq tematik konfransın yekun bəyanatı qəbul edilib.

    AzerVoice xəbər verir ki, bəyanatın mətnini Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov səsləndirib.

    Bəyanatda deyilir:

    "Biz, 25 iyun 2025-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelupa Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatı (FKNG) ilə birgə təşkil olunmuş və digər Qvadelup vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi hərəkatların, elmi ocaqların, habelə beynəlxalq insan hüquqları təşkilatlarının fəal iştirakı ilə keçirilmiş "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər" adlı Beynəlxalq Konfransın iştirakçıları, BMT Nizamnaməsində və xüsusilə müstəmləkə altında olan ölkələrə və onların xalqlarına müstəqilliyin verilməsi ilə bağlı BMT Baş Assambleyasının 1514 (XV) saylı qətnaməsində əks olunmuş prinsiplərə əsaslanaraq, bütün xalqların siyasi statuslarını sərbəst müəyyənləşdirmək və öz siyasi, iqtisadi, sosial və mədəni inkişaf yollarını müstəqil şəkildə seçmək hüququnun toxunulmazlığına dair ortaq öhdəliyimizi bir daha təsdiqləyirik".

    Qeyd edilir ki, Qvadelup hələ də Fransa Respublikasının tabeliyi altında dənizaşırı departament statusunda saxlanılır və bu status, Qvadelup xalqının öz siyasi gələcəyini azad iradəsinə uyğun olaraq tam şəkildə sərbəst müəyyənləşdirmək hüququnun həyata keçirilməsinə mane olur.

    "Biz Qvadelupun məruz qaldığı müstəmləkə cinayətləri və tarixi ədalətsizlikləri – xüsusilə yerli Kalinago xalqının məhv edilməsini, Afrikalı qulların və müqavilə əsasında işləyən işçilərin istismarını, eləcə də bərabərsizliyi və asılılığı bu gün də davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğunu xatırladır və bu tarixi ədalətsizliklərin aradan qaldırılmasının zəruriliyini vurğulayırıq. Bu faktların mənfi nəticələri bu gün də öz təsirini göstərir.

    Biz, departament statusunun müstəmləkəçiliyə son qoymadığını, onu xüsusi institusional formaya çevirdiyini və bu statusun Fransaya Qvadelup əhalisinin razılığı olmadan ölkəni dekolonizasiya siyahısından çıxarmağa imkan verdiyini qəbul edirik. Hələ də öz həllini tapmayan bu müstəmləkə statusunun nəticələri Qvadelupda davamlı işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq, zorakılığın artması və ətraf mühitin çirkləndirilməsi, xüsusilə də xlordekon böhranının dağıdıcı təsirləri ilə özünü göstərir.

    Biz müstəmləkə mirasının aradan qaldırılması üçün inklüziv dialoqun, tarixi həqiqətin tanınmasının, mədəniyyət və dilin dirçəldilməsinin, ədalətli təzminatın, həmçinin institutlar və təhsil sisteminin dekolonizasiyasının zəruriliyini vurğulayırıq", - bəyanatda vurğulanıb.

    Bildirilir ki, konfrans zamanı iştirakçılar müstəmləkəçilik dövrünün tarixi kontekstini və kollektiv yaddaşı müzakirə ediblər: Siyasi və institusional islahatların həyata keçirilməsinin vacibliyi; müstəmləkə istismarına həkk olunmuş dayanaqlı iqtisadi bərabərsizlikləri; mədəni və intellektual azadlığın bərpası; Həmçinin müqavimət və yeniliyin kimlik və dini əsasları; vətəndaş cəmiyyəti və sosial hərəkatların azadlıq mübarizəsində mərkəzi rolu.

    "Biz dünyada hələ də müstəmləkə əsarəti altında yaşayan xalqlarla qətiyyətli həmrəyliyimzi bildirir və onların öz talelərini beynəlxalq hüquqa uyğun olaraq sərbəst müəyyən etmək hüququnu dəstəklədiyimizi bir daha təsdiqləyirik. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatını və aidiyyəti beynəlxalq və regional qurumları Qvadelupun dekolonizasiya prosesini dəstəkləmək, bu xüsusda Qvadelupun BMT-nin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil edilməsi ilə bağlı konkret tədbirlər görməyə və qətiyyətli şəkildə öz mövqeyini ifadə etməyə çağırırıq.

    Biz müstəmləkəçilikdən zərər çəkmiş xalqlar və hərəkatlar arasında dialoq, əməkdaşlıq və fikir mübadiləsinin davam etdirilməsini dəstəkləyirik. Eyni zamanda, Bakı Təşəbbüs Qrupu kimi beynəlxalq platformaların əhəmiyyətini xüsusi vurğulayırıq. Belə platformalar əzilən xalqların səsini dünya ictimaiyyətinə çatdırmaq və qlobal dekolonizasiya gündəminin beynəlxalq platformalara daşınmasında vacib rol oynayır.
    Bu bəyanatla biz Qvadelup xalqının suverenliyə sülh yolu ilə, ədalətli və demokratik əsaslarla keçid prosesini dəstəklədiyimizi bildiririk. Qvadelupun gələcəyi yalnız onun xalqına məxsusdur və biz onların haqlı mübarizəsində daim yanlarında olmağa sadiq qalırıq.

    Biz bu mühüm konfransın təşkilinə və dekolonizasiya üzrə qlobal məsələlərin irəlilədilməsi üçün göstərdikləri əvəzsiz dəstəyə görə Azərbaycan Respublikasına və Bakı Təşəbbüsü Qrupuna dərin təşəkkürümüzü ifadə edirik", - bəyanatda əlavə olunub.

    #Azərbaycan #Bakı Təşəbbüs Qrupu #Qvadelup
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə edilib

    4 İyun 2026 19:35

    Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik edib

    4 İyun 2026 19:16

    Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    4 İyun 2026 18:51

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərilib

    4 İyun 2026 14:37

    Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    3 İyun 2026 18:29

    Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib

    3 İyun 2026 18:20

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    2 İyun 2026 21:41

    Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsində mühüm rol oynayır - Mikayıl Cabbarov

    2 İyun 2026 19:25

    “İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

    2 İyun 2026 14:35

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    1 İyun 2026 22:04

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    1 İyun 2026 21:57
    XƏBƏR LENTİ

    Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

    Hizbullah İsrail tankını Bofor qalası yaxınlığında məhv etdiyini açıqlayıb

    Birləşmiş Krallıq Livanın cənubunda BMT sülhməramlısının öldürülməsini pisləyib

    CENTCOM blokada barədə açıqlama verib

    Livan ordusu İsrailin geri çəkilməsindən sonra cənubda əsas yolu açıb

    İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 3 526-ya çatıb

    Avropa qüvvələrinin qoşun yerləşdirmə prosesi necə həyata keçiriləcək?

    Hizbullah rəhbəri sərt xəbərdarlıq etdi: Livan bombalandığı müddətcə Şimali İsrail təhlükədə olacaq

    Hizbullah Livan-İsrail danışıqlarını sərt tənqid etdi

    ABŞ Prezidenti səsverməni “vətəndaşlıq əleyhinə” adlandırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.