Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Abbas Abbasov ATƏT-də Qərbin Kolonial Cinayətlərini gündəmə gətirib

    17 Oktyabr 2025 15:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Abbas Abbasov ATƏT-də Qərbin Kolonial Cinayətlərini gündəmə gətirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Cari ilin 7-17 Oktyabr tarixlərində Polşanın paytaxı Varşavada ATƏT-in Varşava İnsan Ölçüsü Konfransı keçirilib. Konfransda ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri, ATƏT institutları və digər icra strukturları, hökumətlərarası təşkilatlar, QHT nümayəndələri iştirak edib.

    AzerVoice xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Konfransın irqçilik, ksenofobiya, ayrı-seçkilik, dini dözümsüzlük, insan alveri və fundamental azadlıqlar kimi qlobal problemləri əhatə edən üç plenar sessiyasında çıxış edib. O, çıxışlarında bir sıra ölkələrin müstəmləkəçilik və neokolonial siyasətlərini hələ də davam etdirdiyini təəssüflə qeyd edərək, bunun acı nəticələrinə dair real faktları iştirakçıların diqqətinə çatdırıb.

    Bu xüsusda, Belçikanın Afrikada törətdiyi vəhşilikləri yada salaraq, Konqonu istismarın və insan əzabının ən dəhşətli nümunələrindən biri kimi təqdim edib. O, Afrikada həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin hələ də beynəlxalq ictimaiyyət tərəfindən lazımi şəkildə qiymətləndirilməməsini ədalətsizlik adlandırıb. Həmçinin, Belçikanın Konqodakı kolonial dövründə yerli dinləri məhv etmək və ya mədəni normaları zorla tətbiq etdiyini, bunun nəticəsində bu günə qədər davam edən dərin mədəni və mənəvi yaraların qaldığını qeyd edib.

    Abbas Abbasov eyni zamanda Fransanın dənizaşırı ərazilərində – Kanaki-Yeni Kaledoniya, Qvadelup, Martinik və Mayot kimi bölgələrdə – yerli xalqların ikinci dərəcəli vətəndaş statusunda yaşadığını bildirib. O, Qvadelup və Martinikdə Karib hövzəsinin Afrika mənşəli əhalisinin qərar qəbulu proseslərindən sistemli şəkildə kənarlaşdırıldığını və bərabər iqtisadi imkanlardan məhrum edildiyini vurğulayıb. Mayot adasında isə əhalinin əksəriyyətini təşkil edən müsəlmanların məqsədyönlü şəkildə təcrid siyasətinə məruz qaldığını, adanın hərbiləşdirilmiş qalaya çevrildiyini qeyd edib. O, əlave edib ki, Fransız Qvianası və Reyunyonda iqtisadi asılılıq, işsizlik və ekoloji fəlakətlər yerli əhalini məcburi köçkünlüyə və insan alveri şəbəkələrinin hədəfinə çevirib. Bu ərazilərdə insan alveri müasir dövrdə kolonial köləliyin davamıdır.

    #ATƏT #QHT #Bakı Təşəbbüs Qrupu #Varşava #Abbas Abbasov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Media dekolonizasiya prosesinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır - Abbas Abbasov

    11 İyul 2026 09:53

    ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib

    4 İyul 2026 18:44

    Vaşinqtonda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir

    24 İyun 2026 20:37

    Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək

    23 İyun 2026 13:09

    Polşa İsrailli nazirin ölkəyə girişinə qadağa tətbiq edəcək

    21 May 2026 15:39

    TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır

    16 May 2026 10:31

    BTQ Fransadan BMT Komitəsinin Yeni Kaledoniyaya dair çağırışlarına dərhal əməl etməyi tələb edir

    9 May 2026 16:41

    Qubada Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

    8 May 2026 20:26

    Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

    1 May 2026 22:17

    Bakıda beynəlxalq Gənclər Forumu keçiriləcək

    29 Aprel 2026 11:08
    XƏBƏR LENTİ

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.