#Suriya suverenliyi

Yeni peyk görüntüləri İsrailin Suriyanın İdlib bölgəsində yerləşən Əbu Zuhur hərbi hava limanına endirdiyi zərbələrin nəticələrini üzə çıxarıb. Təhlillərə əsasən, obyektə ümumilikdə 5 zərbə endirilib və hava limanının əsas uçuş-enmə zolağı zərər görüb. “Sentinel-2” peykindən əldə edilən görüntülərin 17 və 19 avqust tarixləri üzrə müqayisəsi nəticəsində uçuş zolağında yanıq izləri və müxtəlif zədələnmələr müəyyən edilib. Zərbələrin hava limanının şərq hissəsində aparılan tikinti və bərpa işlərinə də zərər vurduğu bildirilir.

Türkiyə İsrail Baş nazirlik ofisinin Ankara ilə bağlı irəli sürdüyü iddiaları əsassız adlandıraraq, bunun Suriyaya qarşı qanunsuz hava hücumlarını legitimləşdirməyə xidmət etdiyini bildirib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamada İsrailin ittihamlarının həqiqəti əks etdirmədiyi vurğulanıb. Bildirilib ki, bu iddialar İsrailin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi hava hücumlarına bəraət qazandırmaq məqsədi daşıyır.