#Vatikan

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. AzerVoice xəbər verir ki, imzalanma Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində baş tutub. Sənədi Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Bambino Gesu xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.

Neapolda keçirilən 75-ci Milli Liturgiya Həftəsinin açılışında çıxış edən Vatikan Dövlət katibi Kardinal Pietro Parolin, Qəzzada və Ukraynada davam edən münaqişələrin yaratdığı insan faciəsinə diqqət çəkib, “bütün ümidsizliyə rəğmən ümid etməyin vacibliyini” vurğulayıb. Kardinal Parolin Qəzzadakı vəziyyəti pisləyərək bildirib: “Qəzzada baş verənlərə görə dəhşətə gəlirik, hadisələri pisləməkdə yekdil fikir var.” O, xüsusilə Xan Yunisdəki Nasser Xəstəxanasına edilən İsrail hücumuna toxunub. Həmin hücum nəticəsində aralarında beş jurnalistin də olduğu 20 nəfərin həlak olduğunu xatırladan kardinal, bunun “heç bir məna daşımadığını” vurğulayıb. O əlavə edib ki, Qəzzada vəziyyət getdikcə daha da çətinləşir, humanitar baxımdan isə təhlükəli həddə çatır: “Həll üçün heç bir yol görünmür, nəticələrini isə hər gün görürük.”

Papa, “Mən bütün məhbusların azad edilməsini, daimi atəşkəsin yaradılmasını, humanitar yardımın təhlükəsiz daxil olmasını və humanitar hüquqa tam hörmətlə yanaşmağı xahiş edirəm,” deyərək beynəlxalq hüququn mülki şəxslərin müdafiəsini təmin etdiyini vurğulayıb. O, kollektiv cəzaların, nəzarətsiz güc tətbiqinin və məcburi köçkünlüyün beynəlxalq hüquqla qadağan edildiyini bildirib və bu “məhv”ə son qoymağa çağırıb. Qeyd edək ki, Papa XIV Leo Qəzzadakı vəziyyətlə bağlı dəfələrlə sülh və humanitar yardım çağırışları edib. X platformasında yayılan fikirlər, onun bəyanatlarının Qəzza münaqişəsinin beynəlxalq gündəmdə qalmasına töhfə verdiyini göstərir.